Şablon:18 oktyabr

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:40, 29 yanvar 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Bəxtiyar Məmmədov

18 oktyabr

  • Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Sosialist Əməyi Qəhrəmanı Bəxtiyar Məmmədov (1925–1989) 18 oktyabr 1925-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1965–1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəaində çalışmışdır.

Şəkil: Bəxtiyar Məmmədov.



Ceyhun Əhmədxanov

18 oktyabr

  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı, tibb xidməti kapitanı Ceyhun Əhmədxanov (1988–2021) 18 oktyabr 1988-ci il tarixdə Qaradağ rayonunun (Bakı şəhəri) Lökbatan qəsəbəsində anadan olub. O, 30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub. Əslən Şəki rayonunun Qumux kəndindən idi.

Şəkil: Ceyhun Əhmədxanov.



Nurəddin Mustafayev

18 oktyabr

  • Azərbaycan sovet partiya və dövlət xadimi Nurəddin Mustafayev 18 oktyabr 1942-ci il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunda anadan olub. O, 1983–1989-cu illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü, həmçinin, 1980–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin, 1984–1989-cu illərdə isə həm SSRİ Ali Sovetinin və həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.

Şəkil: Nürəddin Mustafayev, 2019-cu il.



İsgəndər Bağbanlı

18 oktyabr

  • Tanınmış kimyaçı alım, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun analitik kimya laboratoriyasının rəhbəri İsgəndər Bağbanlı 18 oktyabr 1894-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, Azərbaycanda analitik kimya məktəbinin yaradıcılarından biri hesab olunur.

Şəkil: İsgəndər Bağbanlı.




<<əvvəlki gün 18 oktyabr sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)