Məmmədnuru Yusifov
Məmmədnuru Yusifov | |
---|---|
Yusifov Məmmədnuru Şakir oğlu | |
Məmmədnuru Yusifov, 1984-cü il. | |
Anadan olub | 2 fevral 1944 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 13 iyun 2013 (69 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Dəfn yeri | Şəki |
Uşaqları | Aydın, Cavanşir, Eldəniz, Şahin |
Atası | Şakir Yusifov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | tarixçi-pedaqoq, tarix və ictimaiyyət müəllimi |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1963–1967) |
Mükafatları |
Məmmədnuru Yusifov (1944–2013) — tanınmış dövlət məmuru, təhsil işçisi, pedaqoq, sovet partiya və komsomol orqanları işçisi; müxtəlif illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki şəhər Xalq Maarif Şöbəsinin müdiri, Şəki rayon Xalq Maarif Şöbəsinin müdiri, Şəki şəhər Təhsil Şöbəsinin müdiri və s. məsul vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
2 fevral 1944-cü il tarixdə Nuxada anadan olub.
Təhsili
Nuxa şəhər 16 №-li ibtidai, 11 №-li orta və 1 №-li fəhlə-gənclər məktəblərində oxuyub.
1963 – 1967-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1960 – 1963-cü illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatında fəhlə işləyib.
1967 – 1971-ci illərdə Balakən Politexnik Texnikumunda və Balakəndəki Nizami adına orta məktəbdə tarix-ictimaiyyət müəllimi,
1970 – 1972-ci illərdə “Bilik” Cəmiyyəti Balakən rayon təşkilatının məsul katibi,
1972-ci ilin mart ayından noyabr ayınadək Azərbaycan KP Balakən Rayon Komitəsi Siyasi Maarif kabinetinin müdiri vəzifəsində çalışıb.
1972 – 1976-cı illərdə Azərbaycan LKGİ Şəki Şəhər Komitəsinin birinci katibi,
1976 – 1977-ci illərdə Şəki şəhər 20 №-li orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini,
1977 – 1982-ci illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbinin direktoru olub.
1982 – 1986-cı illərdə Şəki şəhər Xalq Maarif Şöbəsinin,
1986 – 1992-ci illərdə Şəki rayon Xalq Maarif Şöbəsinin,
1993 – 2005-ci illərdə Şəki şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
2006-cı ilin yanvar ayından əmək təqaüdünə çıxıb.
İctimai fəaliyyəti
- Müxtəlif illərdə Şəki şəhər sovetinin deputatı və Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin üzvü,
- 1993-cü ildən Yeni Azərbaycan Partiyasının və YAP Şəki təşkilatı Siyasi Şurasının üzvü olub.
Mükafatları
- ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan SSR Maarif nazirliyinin fəxri fərmanları;
- “Tərəqqi” medalı (2005).
Vəfatı
13 iyun 2013-cü il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.
Ailəsi
- Həyat yoldaşı: Yusifova Rəfiqə Mikayıl qızı (d. 1948 – ö. 2019).
- Övladları: Aydın, Cavanşir, Eldəniz, Şahin.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1944-cü ildə doğulanlar
- 2 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 13 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə