Orxan Lətifzadə — gənc bəstəkar, trubaçı və tarzən, 2018-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində keçirilmiş XXXI Beynəlxalq Gənc Bəstəkarlar Festivalının laureatı.

Orxan Lətifzadə
Lətifzadə Orxan Oktay oğlu
Orxan Lətifzadə
Orxan Lətifzadə, 2018-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 16 iyul 1991 (1991-07-16) (32 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Şəki Musiqi Texnikumu, tar ixtisası, (2006–2010)

 • Bakı Musiqi Akademiyası, bakalavriat, truba ixtisası (2013–2018)
facebook səhifəsi

Haqqında məlumatlar

16 iyul 1991-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1997 – 2006-cı illərdə Şəki şəhər 5 saylı orta məktəbində,

2001 – 2006-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbində (tar ixtisası),

2006 – 2010-cu illərdə Şəki Musiqi Texnikumunda (tar ixtisası),

2013 – 2018-ci illərdə Bakı Musiqi Akademiyasında (truba ixtisası) təhsil alıb.

Hərbi xidmətdə

2010 – 2012-ci illərdə həqiqi hərbi xidmətdə olub (orkestr bölüyündə xidmət edib).

Musiqi fəaliyyəti

2016-cı ildə Şəki Musiqi Kollecində,

2017-ci ildə Əmircan qəsəbə 3 saylı Uşaq Musiqi Məktəbində əsərlərindən ibarət solo konserti təşkil olunub.

2017-ci ildə Şəki şəhər Nakam adına Mərkəzi Kitabxanada bəstələrinin təqdimatı keçirilib.

Təltif və mükafatları

  • Azərbaycan Dövlət Akademik Filarmoniyasının Diplomu – “Gəncələrə dəstək layihəsi” çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramında uğurlu iştirakına görə (24.05.2018);
  • XXXI Beynəlxalq Gənc Bəstəkarlar Festivalının II dərəcəli Diplomu (Novosibirsk, Rusiya Federasiyası; 2018).

Ədəbiyyat

  1. Həvəskar bəstəkar Orxan Lətifzadənin bəstələrinin təqdimatı : [arx. 31.01.2022]. — 2017. — 11 mart. — Müraciət tarixi: 31.01.2022.
  2. "Efirimizi bayağılıq bürüyüb" : [arx. 31.01.2022] // Sputnik. — 2019. — 7 mart. — Müraciət tarixi: 31.01.2022.

Həmçinin, bax: