Novruz Cəfərov
Novruz Cəfərov | |
---|---|
Cəfərov Novruz Adil oğlu | |
Novruz Cəfərov. | |
Doğum tarixi | 13 mart 1953 |
Doğum yeri | Könüllü kəndi, Şamxor (indiki Şəmkir) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | aktyor |
Təhsili | Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyorluğu fakültəsi (1971–1975) |
Fəaliyyət illəri | 1975-ci ildən |
Teatr |
• Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı (1975–1997) • Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı (1997–2017) • Ağdam Dövlət Dram Teatrı (2017–2021) • Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı (2021–) |
Mükafatları | |
facebook səhifəsi |
Novruz Cəfərov — tanınmış teatr xadimi, Azərbaycan Respublikasının əməkdar artisti, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru və aktyoru.
Ümumiyyətlə, 150-dən çox tamaşada irili-xırdalı, müxtəlif səpgili, komik, dramatik və faciəvi janrlarda rol getmiş, quruluşçu rejissor kimi neçə-neçə tamaşalar hazırlamış, o cümlədən, bir neçə filmdə özü rol oynamış və özü bir neçə komediya yazmışdır. Ağdam Dövlət Dram Teatrının sabiq baş rejissorudur. Həmçinin daha əvvəl uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışmışdır.
Haqqında məlumatlar
13 mart 1953-cü il tarixdə Şamxor (indiki Şəmkir) rayonunun Könüllü kəndində anadan olub.
Təhsili
1971 – 1975-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1975 – 1997-ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında,
1997 – 2017-ci illərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrınında işləyib.
2017 – 2021-ci illərdə Ağdam Dövlət Dram Teatrının baş rejissoru olub.
2021-ci ildən yenidən Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrınında işləyir.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2013);
- Azərbaycan Respublikası Prezidentinin Mükafatı (2018, 2019, 2020).
Ailəsi
Ailəlidir. İki övladı və beş nəvəsi var.
Ədəbiyyat
- Rəhimli İ. Novruz Cəfərov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 269-273. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
- Bölgə teatrlarında kadr dəyişikliyi aparılıb : [arx. 16.09.2021] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı.. — 2017. — 2 oktyabr. — Müraciət tarixi: 16.09.2021.
- Qocayeva S. Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Novruz Cəfərov mükafatlandırılıb : [arx. 15 May 2019 - 16 Feb 2020] // GəncəNews. — 2019. — 11 may. — Müraciət tarixi: 16.09.2021.
Filmoqrafiya
- O dünyadan salam (film, 1991);
- Yük (film, 1995);
- Leyli və Məcnun (film, 1996);
- Koroğlu (film, 2003);
- Cavad xan (film, 2009);
- Çölçü (film, 2012);
- Xəlvətdə qalmış müdrik (film, 2014) — rol: Yəhya Bakuvi;
- Son nəfəsədək (film, 2018);
- Qarabağnamə (film) — rol: vəzir Molla Həsən.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- 13 martda doğulanlar
- Martda doğulanlar
- 1953-cü ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Teatr xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki teatrı” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə