Coşqun Məmmədov
Coşqun Məmmədov | |
---|---|
Məmmədov Coşqun İsrafil oğlu | |
Coşqun Məmmədov | |
Coşqun Məmmədov. | |
Doğum tarixi | 23 may 1979 |
Doğum yeri | Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazası (bazanın müdiri) |
Təhsili |
• Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (indiki Azərbaycan Dövlət Aqrar Universiteti), aqronomiya fakültəsi, bakalavriat şöbəsi • AMEA Genetik Ehtiyatlar İnstitutu, genetika ixtisası, magistratura şöbəsi |
facebook səhifəsi |
Coşqun Məmmədov — AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiri, AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantı.
Haqqında məlumatlar
23 may 1979-cu il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili
1996 – 2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bakalavr pilləsi üzrə,
2005 – 2008-ci illərdə isə AMEA Genetik Ehtiyatlar İnstitutunda magistr pilləsi üzrə təhsil alıb.
Əmək fəaliyyəti
2004 – 2021-ci illərdə [Şəki Regional Elmi Mərkəzində] işləyib; o cümlədən,
2004 – 2017-ci illərdə böyük laborant,
2017 – 2021-ci illərdə isə Elmi Mərkəzin Bitki Biomüxtəlifliyi və Genofond şöbəsinin rəhbəri vəzifəsini tutub.
2021-ci ilin avqust ayından AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiridir.
Hərbi xidmətdə
2001 – 2003-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.
Elmi fəaliyyəti
AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantıdır.
Çapdan çıxmış 15 elmi əsərin müəllifidir.
Ailəsi
Ailəlidir, 1 qızı və 1 oğulu var.
Ədəbiyyat
- Genofond və Biomüxtəliflik şöbəsi : [arx. 27 Jul 2017 - 15 Jun 2021] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 23.05.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |