Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Aydın Qaffarov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:08, 15 iyun 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aydın Qaffarov
Qaffarov Aydın Qaffar oğlu
Aydın Qaffarov
Aydın Qaffarov, 2021-ci il.
Anadan olub 16 iyun 1954 (1954-06-16) (70 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Mehriban Qaffarova
Uşaqları Lalə, Leyla və Emil
İxtisası inşaat mühəndisi
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1972–1977)

Aydın Qaffarov — tanınmış inşaat mühəndisi. Vaxtilə, Azərbaycan ərazisində həyata keçirilən bir sıra respublika və ittifaq əhəmiyyətli tikintilərdə məsul vəzifələr tutmuşdur. 2011-ci ildən əmək təqaüdündədir.

Haqqında məlumatlar

16 iyun 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1962 – 1972-ci illərdə Nuxa/Şəki şəhər 11 №-li orta məktəbdə,

1972 – 1977-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1977-ci ildə təyinatla Azərbaycan SSR Sənaye-Tikinti Nazirliyinin Mingəçevir şəhərindəki 6 №-li İxtsaslaşdırılmış Mexanızasiya İdarəsinə göndərilib.

1977 – 1993-cü illərdə, müxtəlif vaxtlarda, Mingəçevir İstilik Elektrik Stansiyasının, Kirovabad/Gəncə Avtomobil zavodunun, Yevlax Yun zavodunun, Səki İpək kombinatının boyaq-bəzək istehsalatının, 2-ci Kür-Bakı su kəmərinin tikintisi kimi nəhəng tikinti sahələrində iç icraçısı, sahə rəisi, baş mühəndis vəzifələrində çalışıb.

1993-cü ildə Şəki 87 №-li Təmir-Tikinti idarəsinə rəis təyin olunub.

2011-ci ildə Şəki rayonunda inşa olunan Məcburi Qaçqınlar Qəsəbəsinin tikintisində sahə rəisi vəzifəsində çalışıb.

2011-ci ildə güzəştli şərtlərlə əmək pensiyasına çıxıb.