MediaWiki:Vahanvəng

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:15, 23 iyun 2022 tarixli redaktə

Şablon:Tarixi abidə2 Vahanvəng (erm.: Վահանվանք)  — Ermənistanın Sünik mərzində, Qafan şəhərindən 7 km qərbdə yerləşən monastır. Sünik çarlarının və knyazlarının dəfn olunduğu yerdir.

Tarixi

Vahanvəng monastırını 911-ci ildə Sünik knyazı Dzaqikin kiçik oğlu Vahan tikdirib[1]. Sünik knyazlığının dini mərkəzi olmuşdur. Kompleksin köhnə binası — Müqəddəs Qriqori kilsəsi, günbəzlidir və burada bir neçə qədim kitabə var. Bundan sonra knyaz Vahan monastırın qərb hissəsində əlavə bir tağlı dəhliz (foye) və portik də tikdirmişdir. Portik cənub istiqamətindən şimal istiqamətinə doğru – eyvanadək uzanır. 1086-cı ildə çariça II Şahanduxt (1116-cı ildə ölüb) və onun bacısı Kata monastırın cənub girişində əlavə dəhliz və Müqəddəs Məryəm kilsəsini tikdiriblər[1]. Monastır ərazisindəki xaçkarlar, kitabələr, qəbirlər və digər təyinatlı tikililər X—XI əsrlərə aid edilir. Vahanvəngdə Sünik çarlarının məqbərəsi də var. Çar Vasaqın (1051-ci ildə ölüb), çar I Qriqorun (1072-ci ildə ölüb), çar Sənəkərimin anası — knyagina Sofinin (1081-ci ildə ölüb) və çar nəslindən olan bir çoxlarının qəbirlərinin sinədaşları aşkar edilib[2].

İstinadlar

Həmçinin, bax:

Ədəbiyyat