Aşağı Kəldək
Yaşayış məntəqəsi
Aşağı Kəldək
|
Aşağı Kəldək (ləzg. Агъа КIелхуьр) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
Aşağı Kəldək (Gəldək) Şəki rayonunun Baş Kungut inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Tədqiqatçılar oykonimi kəl (gücdən düşmüş, dincə qoyulmuş) və -dək (-lək) komponentlərindən ibarət "dincə qoyulmuş əkin sahəsi" mənalı soz kimi izah edirlər. Kəldək komponenti kəndin ərazisindəki Kəl dağının adından yaranıb. "Kəl dağı yerləşən, Kəl dağının ətrafı, yanı" mənasını ifadə edir. Yaşayış məntəqəsini keçmış Kəldək (indiki Baş Kəldək) kəndindən çıxmış ailələr nisbətən Aşağıda saldıqları üçün belə adlandırılmışlar[1].
Əhalisi
Kəndin əhalisi 96 nəfər təşkil edir ki, onun da 49 nəfəri kişi, 47 nəfəri isə qadındır.
İstinadlar
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.