Əliskəndər Hacıyev
Jump to navigation
Jump to search
Əlisgəndər Hacıyev (?–?) — 1930-cu illərin ortlarında və bir müddət “İpəkçi” qəzetinin redaktoru olmuş, sonra isə 1940-cı illərin əvvəllərinədək Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin üçüncü katibi vəzifəsində çalışmış şəxs[qeyd 1].
Qeydlər
- ↑ Əlisgəndər Hacıyev 1934-cü ilin ikinci yarısından 8 yanvar 1939-cu il tarixədək “İpəkçi” qəzetinin redaktoru (məsul redaktor) olub. 12 iyun 1939-cu il tarixli “Nuxa fəhləsi” qəzetində onun həmin vaxt Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin üçüncü katibi vəzifəsində çalışması qeyd edilib. 6 mart 1940-cı il tarixli “Nuxa fəhləsi” qəzetində isə göstərilib ki, o, 4 mart 1940-cı il tarixdə yenidən Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin üçüncü katibi seçilmişdir. Bununla yanaşı həm qeyd olunub ki, o, eyni tarixdə Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin plenumuna üzv də seçilmişdir.
Ədəbiyyat
- // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1939. — В. 12 iyun.
- Azərbaycan K (b) P Nuxa şəhər komitəsinin birinci plenumu haqqında informasiya məlumatı // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 mart. — № 52 (2814). — Səh. 1.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |