Cəfərabad rayonu
Nuxa okruqu | |
---|---|
rayon | |
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4. | |
İnzibati mərkəz: | Cəfərabad |
Yaranma tarixi: | 8 aprel 1929 |
Ləğv olunma tarixi: |
1 fevral 1931 (1 il mövcud olub) 664 gün mövcud olub |
Coğrafi region: | Azərbaycan SSR |
Yerləşirdi: | Azərbaycan SSR, ZSFSR, SSRİ |
Cəfərabad rayonu — Azərbaycan ərazisində 1929 – 1931-ci illərdə mövcud olmuş inzibati ərazi. Əvvəl ikinci dərəcəli, sonra birinci dərəcəli inzibati ərazi idi. 8 kənd sovetliyindən və cəmi 35 kənddən ibarət olub. İnzibati mərkəzi Cəfərabad kəndi olub.
Haqqında məlumatlar
8 aprel 1929-cu il tarixdə VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Şəki qəzası ilə Zaqatala qəzasının birləşdirilərək Zaqatala-Şəki mahalının təşkil edilməsi zamanı keçmiş Şəki qəzasının Cəfərabad dairəsinin yerində yaradılmış, mahalın Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə ləğv edilməsindən və yerində Zaqatala və Nuxa okruqları təşkil edilməsindən sonra Nuxa okruqunun tərkibinə qatılmışdır. Okruq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv edildikdən sonra isə okruqun tərkibindəki ikinci dərəcəli inzibati ərazilər – rayonlar, kimi Cəfərabad rayonu da birinci dərəcəli inzibati əraziyə çevrildi. Lakin 1931-ci ilin fevralında Cəfərabad rayonu ləğv olundu və ərazisi eyni tarixdə yaradılmış Nuxa rayonunun tərkibinə verildi.
Tərkibindəki kənd sovetlikləri və kəndlər
- Cəyirli:
- Cəyirli,
- Çayqaraqoyunlu,
- Qayabaşı,
- Çaykənd.
- Dağ Qaraqoyunlu
- Cənnətli,
- Böyük Əlixanlı,
- Şirinbulaq,
- Kiçik Əlixanlı
- Aşağı Küngüt:
- Aydınbulaq:
- Aydınbulaq,
- Podnikolka,
- Şıxobası,
- İbrahimkənd,
- Əliyar.
- Cəfərabad:
- Dəhnə:
- Zəyzid:
- Orta Zəyzid,
- Baş Zəyzid,
- Köbər Zəyzid,
- Hüseynli,
- Vay-vay.
- Baş Küngüt:
Ədəbiyyat
- Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
- İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |