Mübariz (qəzet)

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]] {{Qəzet | adı = Mübariz | növ = | loqo = | şəkil məlumat = |...' ilə yarat) tərəfindən edilmiş 01:03, 24 iyul 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Mübariz
Təsisçilər Nuxa MTS siyasi şöbəsi
Redaktor Həsən Şahgəldiyev
Yaranma tarixi 23 oktyabr 1933-cü il

“Mübariz” qəzeti (1933–?) — Nuxa MTS siyasi şöbəsinin orqanı. 23 oktyabr 1933-cü il tarixdən Nuxada (indiki Şəki) nəşr olunmağa başlayıb. 1933 – 1934-cü illərdə qəzetin redaktoru Həsən Şahgəldiyev olmuşdur. Həmçinin, həmin illərdə Sabit Rəhman da qəzetin redaksiyasında işləmişdir[q 1]. Qəzetin birinci nömrəsinin çapdan çıxmasının birinci ildönümü münasibəti ilə 23 oktyabr 1934-cü il tarixli “Şəki fəhləsi” qəzetinin 1-ci səhifəsində Azərbaycan K(b)F Nuxa şəhər komitəsinin brinci katibi F.Abbasovun və “Şəki fəhləsi” qəzeti redaksiyasının “Mübariz” qəzetinə təbrikləri dərc olunmuşdur. Həmçinin, 1-ci səhifədə qəzetin redaktoru Həsən Şahgəldiyevin şəkli də dərc olunmuşdur.

Qeydlər

  1. Sabit Rəhman artıq 1934-cü ildə Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb. Həsən Şahgəldiyev isə 21 fevral 1935-ci il tarixdən “Şəki fəhləsi” qəzetinin məsul redaktoru idi.

Ədəbiyyat

Nuxa MTS siyasi şöbəsinin orqanı “Mübariz” qəzetəsinin bir yaşı tamam olmuşdur // M.Sani Şəki fəhləsi : qəzet. — 1934. — В. 23 oktyabr. — Səh. 1.