Mübariz (qəzet)
Mübariz | |
---|---|
“Mübariz” qəzetinin redaktoru Həsən Şahgəldiyev (şəkil “Mübariz” qəzetin birinci nömrəsinin çapdan çıxmasının birinci ildönümü münasibəti ilə 23 oktyabr 1934-cü il tarixdə “Şəki fəhləsi” qəzetinin 1-ci səhifəsində dərc olunmuşdur). | |
Təsisçilər | Nuxa MTS siyasi şöbəsi |
Redaktor | Həsən Şahgəldiyev |
Yaranma tarixi | 23 oktyabr 1933-cü il |
“Mübariz” qəzeti (1933–?) — Nuxa MTS siyasi şöbəsinin orqanı. 23 oktyabr 1933-cü il tarixdən Nuxada (indiki Şəki) nəşr edilməsinə başlanılmışdır. 1933 – 1934-cü illərdə qəzetin redaktoru Həsən Şahgəldiyev, qəzet redaksiyasının əmkəkdaşlarından biri isə Sabit Rəhman olmuşdur[q 1]. Qəzetin birinci nömrəsinin çapdan çıxmasının birinci ildönümü münasibəti ilə 23 oktyabr 1934-cü il tarixli “Şəki fəhləsi” qəzetinin 1-ci səhifəsində Azərbaycan K(b)F Nuxa şəhər komitəsinin brinci katibi F.Abbasovun və “Şəki fəhləsi” qəzeti redaksiyasının “Mübariz” qəzetinə ünvanladıqları təbrikləri verilmişdir. Həmçinin, həmin səhifədə “Mübariz” qəzetinin redaktoru Həsən Şahgəldiyevin şəkli də dərc olunmuşdur.
Qeydlər
- ↑ Sabit Rəhman artıq 1934-cü ildə Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb. Həsən Şahgəldiyev isə 21 fevral 1935-ci il tarixdən “Şəki fəhləsi” qəzetinin məsul redaktoru idi.
Ədəbiyyat
Nuxa MTS siyasi şöbəsinin orqanı “Mübariz” qəzetəsinin bir yaşı tamam olmuşdur // Məmmədov M. Şəki fəhləsi : qəzet. — 1934. — В. 23 oktyabr. — Səh. 1.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |