Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əhməd Əbdürrəhmanov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 16:51, 27 sentyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əhməd Əbdürrəhmanov
Əbdürrəhmanov Əhməd İsa oğlu
Əhməd Əbdürrəhmanov
Əhməd Abdurəhmanov.
Anadan olub 1906(1906-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 21 fevral 1946 (40 yaşında)
Vəfat etdiyi yer Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Yusif və Hıkmət Abdurrahmanovlar, Vəzifə Əbdürəhmanova, Lətlfə və Qəribə
Təhsili Azərbaycan Ali Pedaqoji İnstitutu, riyaziyyat fakültəsi (1923–1927)

Əhməd Əbdürrəhmanov (1906–1946) — Azərbaycan KP Nuxa Şəhər Komitəsinin birinci katibi.

Haqqında məlumatlar

1906-cı ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

1913 – 1923-cü ilərdə Nuxa şəhər 2 saylı məktəbində,

1923 – 1927-ci illərdə isə Azərbaycan Ali Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1929 – 1938-ci illərdə Stalin adına Nuxa Pedaqoji Məktəbində müəllim işləyib.

2 yanvar 1938-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 7 saylı əmri ilə Nuxa Stalin adına Pedaqoji Texnikumu və onun ətraf təsərrüfatına müvəqqəti olaraq direktor təyin edilib.

17 yanvar 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarı T.Hacıyevin əmrinə əsasən Stalin adına Nuxa Pedaqoji Texnikumunun və Kirov adına pedrabfaktın direktoru vəzifələrində saxlanılıb.

16 avqust 1939-cu il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 3573 №-li əmrinə əsasən başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

5 yanvar 1940-cı il il tarixdə Nuxa şəhər zəhmətkeş deputatları Sovetinin birinci sessiyasında Nuxa şəhər soveti icraiyyə komitəsinin sədri,

1944-cü ildə isə Azərbaycan K(b)P Nuxa Şəhər Komitəsinin birinci katibi seçilib.

Vəfatı

21 fevral 1946-cı il tarixdə – 40 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Əhməd Əbdürrəhmanov (nekroloq) = Әһмәд Әбдүррәһманов // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəəə, 1946. — В. 23 fevral. — № 23 (3783). — Səh. 4.
  2. Nuxa şəhər zəhmətkeş deputatları Sovetinin birinci sessiyası // Nuxa fəhləsi : qəzet. — Nuxa, 1940. — В. 6 yanvar. — № 5 (2767). — Səh. 1.
  3. Şükürov R., Orsər R. Əbdürəhmanlı Əhməd İsa oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 113. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.

Həmçinin, bax:

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri