Aqaəli Cəlilov
Aqaəli Cəlilov | |
---|---|
Cəlilov Aqaəli Mürsəl oğlu | |
Aqaəli Cəlilov. | |
Anadan olub | 6 noyabr 1962 |
Anadan olduğu yer | Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu (1980–1984) |
Aqaəli Cəlilov — M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru.
Haqqında məlumatlar
6 noyabr 1962-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.
Təhsili
1970 – 1980-cı illərdə Qoxmuq kənd orta məktəbində,
1980 – 1984-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə
1984 – 1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1984-cü ildə Şəki rayonunun Orjonikidze (indiki Turan) qəsəbəsindəki mədəniyyət evində metodist olaraq əmək fəaliyyətinə başlayıb.
1986-cı ildən “1 may” kolxozunda komsomol komitəsinin katibi,
1992-ci ildən gənclər təşkilatının idarə heyətinin sədri olub.
1993-cü ildən əvvəlcə M.S.Əliyev adına klubun müdiri, sonra Ə.Abdullayev adına mədəniyyət evinin direktoru,
2009-cu ildən Şəki Dövlət Dram Teatrının rejissoru,
2011-ci ildən M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzinin xalq teatrının rejissoru vəzifəsində çalışıb.
2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktorudur.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |