Böyükağa Mirsalayev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Böyükağa Mirsalayev
Mirsalayev Böyükağa Əbülfət oğlu
Böyükağa Mirsalayev
Böyükağa Mirsalayev.
Anadan olub 1893(1893-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Rəzqov kəndi, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat edib 8 yanvar 1938 (45 yaşında)
Vəfat etdiyi yer Bakı, Azərbaycan SSR, SSRİ

Böyükağa Mirsalayev (1893–1938) — Azərbaycanda sovetləşmənin ilk onlliklərində məsul vəzifələr tutmuş partiya və dövlət xadimi, Stalin repressiyası qurbanı.

Haqqında məlumatlar

1893-cü ildə Lənkəran qəzasının Rəzqov kəndində anadan olub.

Təhsili

Bakıda üçillik ibtidai təhsil alıb.

1920-ci ildə Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Moskvada rəhbər kadrlar hazırlayan birillik kursu bitirib.

Əmək fəaliyyəti

1906-cı ildən — 13 yaşından, Bakıda neft mədənlərində fəhlə işləyib.

1925-ci ildə Azərbaycan K(b)P Qazax rayon komitəsinin məsul katibi,

1927-ci ildə Azərbaycan K(b)P Nuxa şəhər komitəsinin məsul katibi,

1929-cu ildə “Azərittifaq”ın Rəyasət Heyətinin sədri,

1930-cu ildə əvvəl Lənkəran Mahal İcraiyyə Komitəsinin sədri, az sonra isə Azərbaycan K(b)P Lənkəran rayon partiya komitəsinin məsul katibi seçilib.

Həbsi və güllələnməsi

1936-cı ildə, Stalin repressiyası dövründə həbs edilib.

8 yanvar 1938-ci il tarixdə – 45 yaşında, güllələnib.

8 dekabr 1956-cı il tarixdə bəraət alıb.

Maraqlı

1930-cu ilin yayında Azərbaycanın cənub bölgəsi haqqında “Vostokkino” tərəfindən çəkilmiş etnoqrafik kino-oçerkdə Lənkəran Mahal İcraiyyə Komitəsinin sədri Böyükağa Mirsalayevin çıxışı da kadrlara düşmüşdür.

Ədəbiyyat

  1. Мирсалаев Беюк-Ага Абульфат-оглы (1893) : [arx. 27 Nov 2020 - 4 Aug 2021] : [rus.] // Открытый список. — Müraciət tarixi: 09.01.2022.

Həmçinin, bax:

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri

Video-çarx