Sədaqət Qədimova
Sədaqət Qədimova | |
---|---|
Qədimova Sədaqət Ənvər qızı | |
Anadan olub | 3 mart 1956 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 12 dekabr 2020 (64 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Vəfat səbəbi | Covid19 pandemiyası |
Dəfn yeri | Xoçik qəbiristanlığı, Şəki, Azərbaycan |
Həyat yoldaşı | Qədimov Azər Mustafa oğlu |
Uşaqları | Hidayətzadə Anar, Qədimova Aynur |
Atası | Ənvər |
Anası | Şəfiqə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu, ginekologiya fakültəsi (–1978) |
Sədaqət Qədimova (1956–2020) — Şəkidə tanınmış həkim-ginekoloq olmuş şəxs. Uzun müddət Şəki şəhər doğum evində müxtəlif vəzifələrdə çalışmış, bir müddət baş həkimin müavini olmuşdur.
Haqqında məlumatlar
3 mart 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Atası Ənvər sandıqçı-usta, anası Səfiqə isə pedaqoq idi.
Təhsili
1973-cü ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbini,
1978-ci ildə isə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun ginekologiya fakültəsini bitirib.
Əmək fəaliyyəti
1978-ci ildən Bakı şəhər Əzizbəyov adına doğum evində həkim-interna olaraq əmək fəaliyyətinə başlayıb.
1979 – 2019-cu illərdə Şəki şəhər doğum evində işləyib; o cümlədən,
1979-cu ildən həkim mama-ginekoloq,
1986-cı ildən qadın məsləhətxanasında həkim,
2007-ci ildən baş həkimin müalicə işləri üzrə müavini,
2010-cu ildən ailə və sağlamlıq şöbəsinin baş həkimi,
2014-cü ildən baş həkimin müavini olub.
2019-cu ildə əmək fəaliyyətini tamamlayıb və təqaüdə çıxıb.
Pedaqoji fəaliyyəti
Şəki Tibb Kollecində mama-ginekologiya fənnindən dərs deyib.
Təltif və mükafatları
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının “İlin həkimi” diplomu – 2 dəfə.
Vəfatı
12 dekabr 2012-ci il tarixdə – 64 yaşında, Covid19 pandemiyasından Şəkidə vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında – qayınatası Mustafanın qəbrinin yanında dəfn olunub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |