Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Sədaqət Qədimova

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Vəfatı) tərəfindən edilmiş 21:10, 2 mart 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Sədaqət Qədimova
Qədimova Sədaqət Ənvər qızı
Sədaqət Qədimova
Sədaqət Qədimova.
Anadan olub 3 mart 1956(1956-03-03)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat edib 12 dekabr 2020 (64 yaşında)
Vəfat etdiyi yer Modul tipli xəstəxana, Zığ, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi Covid19 pandemiyası
Dəfn yeri Xoçik qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Qədimov Azər Mustafa oğlu
Uşaqları Hidayətzadə Anar, Qədimova Aynur
Atası Ənvər
Anası Şəfiqə
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu, ginekologiya fakültəsi (–1978)

Sədaqət Qədimova (1956–2020) — Şəkidə tanınmış həkim-ginekoloq olmuş şəxs. Uzun müddət Şəki şəhər doğum evində müxtəlif vəzifələrdə çalışmış, bir müddət baş həkimin müavini olmuşdur.

Haqqında məlumatlar

3 mart 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Atası Ənvər sandıqçı-usta, anası Səfiqə isə pedaqoq idi.

Təhsili

1973-cü ildə Şəki şəhər M.Qorki adına 10 №-li orta məktəbini,

1978-ci ildə isə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun ginekologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti

1978-ci ildən Bakı şəhər Əzizbəyov adına doğum evində həkim-interna olaraq əmək fəaliyyətinə başlayıb.

1979 – 2019-cu illərdə Şəki şəhər doğum evində işləyib; o cümlədən,

1979-cu ildən həkim mama-ginekoloq,

1986-cı ildən qadın məsləhətxanasında həkim,

2007-ci ildən baş həkimin müalicə işləri üzrə müavini,

2010-cu ildən ailə və sağlamlıq şöbəsinin baş həkimi,

2014-cü ildən baş həkimin müavini olub.

2019-cu ildə əmək fəaliyyətini tamamlayıb və təqaüdə çıxıb.

Pedaqoji fəaliyyəti

Şəki Tibb Kollecində mama-ginekologiya fənnindən dərs deyib.

Təltif və mükafatları

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının “İlin həkimi” diplomu – 2 dəfə.

Vəfatı

12 dekabr 2020-ci il tarixdə – 64 yaşında, Covid19 pandemiyasından Zığ modul tipli xəstəxanasında (Bakı) vəfat edib. Şəkidə Xoçik qəbiristanlığında – qayınatası Mustafa Qədimovun qəbrinin yanında dəfn olunub.