Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Suğra Mirzəyeva

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 15:03, 23 mart 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Suğra Mirzəyeva
Mirzəyeva Suğra Yusif qızı
Suğra Mirzəyeva
Suğra Mirzəyeva, 1963-cü il.
Anadan olub 3 iyun 1935(1935-06-03)
Vəfat edib 22 avqust 2007 (72 yaşında)
Atası Yusif
Anası Sənubər
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Nuxa toxuculuq texnikumu (1950–1954)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filoloji fakültəsi, jurnalistika şöbəsi, qiyabi (1959–1965)

Suğra Mirzəyeva (1935–2007) — sovet dövründə Şəki şəhər soveti sədrinin müavini, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş tanınmış jurnalist. 1998-ci ildə çap edilmiş Birinci Qarabağ müharibəsində şəhid olmuş şəkililərin bioqrafik məlumatlarından və onlar haqqında hekayələrdən ibarət “Şəki qartalları” kitab – xatirə toplusunun həmmüəllifidir.

Haqqında məlumatlar

3 iyun 1935-ci il tarixdə anadan olub.

Təhsili

1942 – 1950-ci illərdə yeddiİllik məktəbdə,

1950 – 1954-cü illərdə Nuxa toxuculuq texnikumunda,

1959 – 1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1954-cü ildən Nuxa ipək kombinatının burucu sexində işləyib; əvvəl nəzarətçi, bir il sonra 12 nəfərlik burucular briqadasının briqadiri,

1960 – 1971-ci illərdə növbə rəisi, daha sonra Nuxa ipək kombinatı həmkarlar ittifaqı komitəsinin sədri,

1971-ci ildən Şəki şəhər soveti sədrinin müavini vəzifəsində çalışıb.

1974-cü ildən isə “Şəki fəhləsi” qəzetinin əməkdaşı olub.

İctimai-siyasi aktivliyi

1959 – 1961, 1961 – 1963, 1971 – 1973-cü və 1973 – 1975-ci illərdə illərdə müvafiq olaraq yeddinci, səkkizinci, on üçüncü, on dördüncü çağırış Nuxa şəhər sovetinin,

1963 – 1966-ci illərdə isə VI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Nuxa ipək kombinatınında işləyərkən kombinatın özfaliyyət dərnəyində “Maral”, “Ana yurdum” mahnılarını ifa edib.

Azərbaycan KP XXIV qurultayında çıxış edib.

Kommunist əməyi briqadalarının və zərbəçilərinin Moskvada keçirilən Ümumittifaq müşavirəsində iştirak edib.

Vəfatı

22 avqust 2007-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Çələbiyev M. XALQ NAMİZƏDLƏRİ :ŞEİR DEYİLMİ? // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 5 mart. — № 36 (169). — Səh. 1, 2.
  2. Xəlilov T SOVETLƏRƏ SEÇKİLƏR QARŞISINDA : XALQ NAMİZƏDLƏRİ : Qanadlanan arzular // İpəkçi : çoxtirajlı qəzet / Cabbarov M. (redaktor). — Nuxa: Nuxa mətbəəsi, 1963. — В. 8 mart. — № 7 (530). — Səh. 1.