Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şəki qəzası

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:03, 13 aprel 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Şəki qəzası
qəza – inzibati ərazi
Digər adı: Nuxa qəzası
İnzibati  mərkəz: Nuxa
Yaranma  tarixi: 22 aprel 1840(1840-04-22)
Ləğv  olunma  tarixi: 8 aprel 1929
(88 il mövcud olub)
Coğrafi  region: Cənubi Qafqaz
Əhali: 120555 nəfər[1], 1897-ci il,
107049 nəfər, 1926-cı il
Sahəsi: 3808,7 km² (3346,7 verst²[1]) (1897)
Daxili inzibati bölgü: Nuxa şəhəri, Aşağı Göynük,
Vartaşen, Cəfərabad,
Qutqaşen, Nic və
Xaldan dairələri (1926)
Xəritədə
Şəki qəzası1928.png
Şəki qəzası, 1928-ci il.
Gerbi
Nuxa gerb 21 may 1843.gif
Şəki qəzasının gerbi (1843)
Nə vaxt hansı dövlətin inzibati ərazisi idi:
Rusiya İmperiyası,
Kaspi vilayəti
Flag of Russia.svg 1840–1846
Rusiya İmperiyası,
Şamaxı/Bakı qub.
Flag of Russia.svg 1846–1867
Rusiya İmperiyası,
Yelizavetpol qub.
Flag of Russia.svg 1867–1917
Zaqafqaziya DFR, Yelizavetpol qub. Flag of the Transcaucasian Federation.svg 1918
Azərbaycan Resp.,
Gəncə qub.
Flag of Azerbaijan 1918.svg 1918–1920
Azərbaycan SSR Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg 1920–1922
ZSFSR,
Azərb. SSR
Flag of the Transcaucasian SFSR.svg 1922–1924
SSRİ,
ZSFSR, Az. SSR
Flag of the Soviet Union.svg 1924–1929

Şəki qəzası (Nuxa qəzası) — 1840–1929-cu illər arasında Cənubi Qafqazda mövcud olmuş inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya İmperiyasının tərkibində olduğu dövrdə – 22 (10) aprel 1840 il tarixli “Zaqafqaziyada inzibati islahat qanunu”na əsasən, Şəki əyalətinin yerində və Kaspi vilayətinin tərkibində yaradılmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1873-cü ildə ərazisinin bir hissəsində ayrıca bir qəza – Ərəş qəzası, təşkil edilmiş və bununla da ərazisi yarıbayarı kiçildilmişdir.

Qəza Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)[2] və Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud olmuşdur. 1929-cu ildə ləğv edilmiş, ərazisi yeni yaradılmış Zaqatala-Şəki mahalına daxil edilmişdir.

Qəza 1840 – 1846-cı illərdə “Şəki qəzası”, 1846 – 1918-ci illərdə isə “Nuxa qəzası” adlanmışdı. 1918 – 1929-cu illərdə qəza həm “Nuxa qəzası” və həm də “Şəki qəzası” adlanıb. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament müzakirələrində qəzanın adı “Şəki qəzası” şəklində işlədilirdi. 1925-ci ildən 1929-cu ilə qədər – qəzanın ləğv edilməsinə qədər, qəzanın rəsmi qəzeti olan “Şəki fəhləsi” qəzetində qəzanın adı “Şəki qəzası” olaraq göstərilir. Lakin paralel olaraq eyni dövrə aid rusca statistik mənbələrdə qəzanın adı həm də “Nuxa qəzası” göstərilməkdə davam edirdi.

Tarixi coğrafiyası[redaktə | HTML redaktə]

Qəzanın hüdudları[redaktə | HTML redaktə]

1819-cu ildə Şəki xanlığı ləğv edilərkən və yerində Şəki əyaləti yaradılarkən, xanlıq dövründə olduğu kimi, əyalətin də ərazisi şimalda Qafqaz sıra dağlarına, qərbdə Bləcik kəndindən sonra Alazan çayına, cənubda Kür çayına, Zərdab kəndinə, şərqdə Göyçay çayına qədər uzanırdı. Amma Şəki qəzasının qərb sərhədi heç vaxt Alazan çayına çatmayıb, Acınohur gölünün ortasındah keçiib. 1883-cü ildə qəza ərazisində Ərəş qəzası təşkil edildikdə isə sahəsi 2 dəfəyə yaxın kiçilmişdi. Nuxa qəzasının Ərəş qəzası ilə sərhədi də sabit olmayıb. Məsələn, 1902-ci il xəritəsində Nuxa qəzasının ərazisində göstərilən Böyük Dəhnə, Kiçik Dəhnə və onların ətrafındakı bəzi kəndlər 1903-cü il xəritəsində Ərəş qəzası ərazisində göstərilib. Ərəş qəzası Azərbaycan SSR dövründə əvvəl inzibati mərkəzin adına uyğun olaraq “Ağdaş qəzası” adlandırılmış, sonra – 1926-cı ildə isə ləğv edilmişdir. 1926-cı ilə aid statistik məlumatlardan aydın olur ki, həmin vaxt keçmiş Ağdaş qəzası ərazisinin bir hissəsi (Xaldan dairəsi) Nuxa qəzasında, bir hissəsi isə (Ağdaş dairəsi, Ağdaş şəhəri və s.) Göyçay qəzasında olub.

Daxili inzibati bölgü[redaktə | HTML redaktə]

XIX əsrin sonları XX əsrin əvvəlləri[redaktə | HTML redaktə]

Nuxa qəzası —1902-cü il

1891-ci ilin “Kavkaski Kalendar”ında Nuxa qəzasının 4 polis dairəsinə bölünməsi və həmin dairələr barədə aşağıdakı məlumatlar dərc edilmişdir:

Polis dairənin Sahə Kənd evlərinin sayı
nömrəsi inzibati mərkəzin adı Km²Verst² Desyatin Mil² Km² İcma sayı 50-dək ev 50-100 ev 100-200 ev 200-dən çox ev Kənd sayı Evlər Kişilər Qadınlar Kişi-qadın birlikdə Milli çoxluq
Nuxa şəhəri şəhər 5.268 14.462 11.432 25.894
I Aşağı Göynük 765 179 79.770 15 1825 871 248 13 7 6 6 6 25 3.763 13.107 10.240 23.347 Azərbaycanlılar və az sayda erməni və ləzgilər
II Cəfərabad – Xoy 1055 198 109.997 21 1823 1201 173 17 25 9 6 6 46 3.903 11.519 9.708 21.227 Azərbaycanlılar və ermənilər
III Vartaşin 561 219 67.832 13 1456 741 107 13 16 5 6 5 32 4.040 11.312 9.293 20.605 Azərbaycanlılar və azsayda udin və yəhudilər
IV Qutqaşin 777 137 81.184 16 2106 886 194 15 12 7 6 6 31 4.662 14.379 11.561 29.940 Azərbaycanlılar və azsayda erməni və ləzgilər
Сəmi 3253 233 338.783 67 2210 3201 222 58 60 27 24 23 134 21.636 64.779 52.234 117.013

Belə cədvəllər sonrakı illərdə çap olunmış “Kavkaski Kalendar”larda da var, amma əlavə olaraq, Nuxa qəzası dairələrində yaşayan əhalinin milli mənsubiyyəti üzrə də cədvəllər verilmişdir. Həmin cədvəllərdən həm də məlum olur ki, I dairənin adı Babaratma, II dairənin adı Əliar, III dairənin adı Ərmənit, IV dairənin adı isə Aydın-Qışlaqdır. Məsələn, 1894-cü ilin “Kavkaski Kalendar”ında aşağıdakı kimi göstərilir:

Qəza, yaxud dairənin ruslar almanlar farslar ermənilər yəhudilər gürcülər azərbaycanlılar kürəlilər Digər millətlər[3] Cəmi
№-si adı k. q. k. q. k. q. k. q. k. q. k. q. q. k. q. k. q. k. q. k. k+q
Nuxa şəhəri 8 18 1 2 77 60 2616 2050 33 17 11704 9268 12 8 11 14462 11432 25894
I Babaratma 1708 1427 10899 8489 501 324 1318 10240 13108 10240 23348
II Əliar 2612 2205 8787 7411 45 29 75 11519 9708 21227
III Ərmənit 2501 2128 893 851 1 1 5862 4614 795 597 1260 1102 11312 9293 20605
IV Aydın-Qışlaq 904 812 9939 7606 1071 829 2465 2314 14379 11561 25940
Cəmi 8 18 1 2 77 60 10341 8622 893 851 34 18 47191 37398 2424 1787 3811 3488 64780 52234 117014
Nuxa qəzası —1903-cü il

1913-cü ildə qəzada 30 kənd icması vardı[4]:

  • Əlyar — Əlyar kəndi.
  • Aşağı Göynük — Göynük kəndi,
  • Baş Göynük — Baş Göynük kəndi,
  • Bidend — Bidend kəndi,
  • Biləcik — Biləcik kəndi,
  • Bum — Bum kəndi,
  • Vəndam — Vəndam kəndi,
  • Vartaşin — Vartaşin kəndi,
  • Daşbulaq — Daşbulaq kəndi,
  • Dəhnə — Böyük Dəhnə kəndi,
  • Cəirli — Cəirli kəndi,
  • Cəlut — Cəlut kəndi,
  • Cunut — Cunut kəndi,
  • Zaraqan — Zaraqan kəndi,
  • Zərif — Zərif kəndi,
  • Zəyzit — Zəyzit kəndi,
  • Qalacıq — Qalacıq kəndi,
  • Kamerocan— Kamerocan kəndi,
  • Qoxmuq — Qoxmuq kəndi,
  • Küngüt — Baş Küngüt kəndi,
  • Kutqaşin — Kutqaşin kəndi,
  • Küsnət — Küsnət kəndi,
  • Nic — Nic kəndi,
  • Oxut — Oxut kəndi,
  • Padar — Padar kəndi,
  • Sultan Nuxa — Sultan Nuxa kəndi,
  • Filfili — Filfili kəndi,
  • Xalxal — Xalxal kəndi,
  • Xaçmaz — Xaçmaz kəndi kəndi,

1926-cı ildə[redaktə | HTML redaktə]

1926-cı ildə isə qəza ərazisi inzibati cəhətdən 7 hissəyə bölünmüşdü. Bunlardan biri Nuxa şəhəri, 6-sı isə (Aşağı Göynük, Vartaşen, Cəfərabad, Qutqaşen, Nic, Xaldan) dairə idi.

“Şəki fəhləsi” qəzeti, 24.01.1925 (№6 (393)); qəzet Şəki qəza Kommunist (b) firqəsi, icraiyyə komitəsi nəşr əfkarı.
“Şəki fəhləsi” qəzeti, aprel, 1929 (№24 (692)); qəzet Şəki qəza K (b) F, icraiyyə komitəsi və Həmkarlar ittifaqının orqanı.

Statistik məlumatlar[redaktə | HTML redaktə]

1897-ci il ensiklopediyasında Nuxa qəzası haqqında məlumat (ixtisarla)[redaktə | HTML redaktə]

"Nuxa qəzasının sahəsi 3346.7 verst², başqa sözlə 3808,7 km²-dir. Əhalisi 1 yanvar 1896-cı il tarixdə 94767 nəfər (51552 kişi; 43215 qadın) idi. Nuxa qəzası nisbətən varlı, sənayenin və ticarətin inkişaf etdiyi qəzalardandır. Qəzanın xarakterik cəhətlərindən biri də burada əhalisi çox olan kənlərin olmasıdır. Məsələn, Xaçmazda 4557, Baş Göynükdə 5084, Vəndamda 4323 nəfər adam yaşayır. Əhalinin məşğuliyyətində taxılçılıq, xüsusilə çəltik əkib-becərmək, bağçılıq, ipəkçilik əsas yer tutur. Qəzanın əhalisi çox olan kəndlərindən biri – Nic kəndi, hansı ki bu kənddə 5084 nəfər adam yaşayır, bağçılıq, ipəkçilik və əkinçilik sahəsində nəinki Nuxa qəzasında, hətta bütün quberniyada ən irəlidədir. Qəzada 1894-cü ildə 89,5 desyatin sahədə tütün əkilmiş və 1128 pud məhsul götürülmüşdür. Barama becərilməsi işində isə Nuxa qəzası Zaqafqaziyada birinci yerdədir. Qəzada 1893-cü ildə 81740 pud, 1894-cü ildə isə 89900 pud barama istehsal edilmişdir. Nic kəndində fındıq bağlarının sahəsi 9 desyatinə çatır. Vəndam kəndi isə alması ilə məşhurdur. Qəzada 1894-cü ildə 44930 vedrə çaxır istehsal olunmuşdur. 1891-ci ildə qəzada, Nuxa şəhəri istisna olmaqla, 5676 at, 938 eşək və qatır, 23500 baş inək, 7650 baş camış, 47850 qoyun, 3250 keçi, 660 donuz vardı. Qəzada 8 ibtidai kənd məktəbi, 5 erməni-qriqorian kilsə məktəbi, 1 pravoslav kilsəsi, 44 erməni-qriqorian kilsəsi, 2 monastır, 261 məscid, 3 sinaqoq fəaliyyət göstərirdi. Qəza əhalisinin 69,6%-i azərbaycanlılar, 15,7%-i ermənilər, 7,8 %-i udinlər, 4,6-i kürəlilər (Samur çayı hövzəsinin ləzgiləri), 1,9%-i yəhudilərdir, yerdə qalan hissə isə gürcülərdən və qaputlilərdən(?) ibarətdir. Əhalinin 74,5% müsəlmandır. Əhalinin 73,5% sünni məzhəblidir. Əhalinin 22,7% erməni-qriqorian məzhəblidir. Nuxa şəhərində 25 min nəfər adam yaşayır. Onların 81%-i azərbaycanlı, 18%-i isə ermənilərdir. Şəhərdə barama emalı işi çox inkişaf etmişdir. Şəhərdə 45 baramaaçan zavod, 4 kərpic zavodu, 8 dulusçuluq emalatxanası, 4 dabbağxana və 3 sabunbişirmə sexi var. Şəhərdə həmçinin, dördillik şəhər məktəbi, 2 erməni kilsə məktəbi, 1 pravoslav kilsəsi, 3 erməni-qriqorian kilsəsi, 28 məscid, xəstəxana, həkim və aptek də fəaliyyət göstərir"[5].

Nuxa qəzası 1917-ci idə[redaktə | HTML redaktə]

1917 ilin “Kavkaski Kalendar”ına görə Nuxa qəzasının ərazisi 3685 verst² (4201 km²), əhalisi 133505 nəfər idi. Əhalinin 73819 nəfəri (55,3%) kişi, 59686 nəfəri (44,7%) qadın, 131132 nəfəri yerli sakin, 2373 nəfəri müvəqqəti yaşayanlar olub. Qəzanın əsas əhalisi azərbaycanlılar (93557 nəfər və ya 70,1%) idi. Bundan başqa, qəzada 17751 (13,3%) erməni, 7861 müsəlman dağlı əhalisi (5,9%), 1831 (1,4%) rus qeydiyyata alınmışdı. Qəzanın mərkəzi Nuxa şəhəri (əhalisi 52243 nəfər) idi. 20 əsrin əvvəlində qəzada yüzdən çox ipəkəyirmə müəssisəsi vardı[6].

1926-cı ilə aid statistik məlumatlarda[7] Nuxa qəzası əhalisinin sayı və etnik tərkibi[redaktə | HTML redaktə]

Dairənin, yaxud şəhərin adı Cəmi azər-
baycan-
lılar
ermənilər tatlar talışlar ləzgilər udinlər avarlar saxurlar ceklilər xınalıqlar gürcülər kürdlər ruslar ukraynalılar dağ yəhudiləri
Nuxa şəhəri 22.944 (100%) 20.764 (90,5%) 1.565 (6,8%) 18(0,1%) - 185 (0,8%) - - - - - 37 (0,2%) - 195 (0,8%) 34 (0,1%) 3 (-0,1%)
Aşağı Göynük dairəsi 17.912 (100%) 16.701 (93,2%) 6 (0,1%) - - 1.154 (6,4%) - - - - - 1 (- 0,1%) - - -
Vartaşen dairəsi 15.260 (100%) 11.485 (75,3%) 1.336 (8,8%) - 1 (-0,1%) 103 (0,7%) 356 (2,3%) 31 (0,2%) 291 (1,9%) 590 (3,9%) 67 (0,4%) 2 (-0,1%) 1 (-0,1%) 19 (-0,1%) - 899 (5,9%)
Cəfərabad dairəsi 15.693 (100%) 14.271 (90,9%) 305 (1,9%) - - 977 (6,2%) - - - - - - - 23 (0,1%) 19 (0,1%) -
Qutqaşen dairəsi 13.394 (100%) 13.231 (98,8%) 133 (1,0%) - - 5 (-0,1%) - - - - - - - 8 (-0,1%) - 1 (-0,1%)
Nic dairəsi 12.926 (100%) 9.350 (72,3%) 571 (4,4%) - - 118 (0,9%) 2.083 (16,1%) - - - - 2 (-0,1%) - 690 (5,3%) 46 (0,4%)
Xaldan dairəsi 8.920 (100%) 8.276 (92,8%) 91 (1,0%) 3 (-0,1%) 2 (-0,1%) 332 (3,7%) - - 3 (-0,1%) - - 7 (0,1%) 3 (-0,1%) 23 (0,3%) - 7 (0,1%)
Cəmi 107.049 (100%) 94.078 (87,9%) 4.007 (3,7%) 21 (0,1%) 3 (-0,1%) 2.874 (2,7%) 2.439 (2,3%) 31 (0,1%) 294 (0,3%) 590 (0,6%) 67 (0,1%) 49 (0,1%) 4 (0,1%) 958 (0,9%) 99 (0,1%) 910 (0,9%)

İstinadlar və qeydlər[redaktə | HTML redaktə]

  1. 1,0 1,1 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." (rus.)
  2. Azərbaycan Demokratik Respublikası dövründə (1918-1920) ölkə Bakı, Gəncə və Zaqatala quberniyalarına bölündü. Çar Rusiyası dövründəki Yelizavetpol quberniyası isə artıq “Gəncə quberniyası” adlanırdı.
  3. Bura tatlar və kürdlər daxil deyil, tatlar və kürdlər Nuxa qəzasında qeydə alınmayıblar.
  4. Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. — Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ, 1913. — С. 129.
  5. Энциклопедический словарь Брокгауза и Ефрона, Том XXI, стр.: 431-432, С.-Петербург, 1897....
  6. Nuxa qəzası // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. — Bakı: "Lider", 2005. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  472. — Səh.: 274. — ISBN 9952-417-44-4.
  7. Этно-Кавказ, Нухинский уезд (1926 г.)

Həmçinin bax[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Массальский В. М.(ru) Нуха // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — 1890—1907
    (Энциклопедический словарь Брокгауза и Ефрона, Том XXI, стр.: 431-432, С.-Петербург, 1897.)
  2. Rəşid bəy Əfəndiyev. Nuxa qəzasındakı asarü-ətiqələr haqqında, Bakı-1925.