Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əbdülhəmid Rəcəbzadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:33, 17 aprel 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əbdülhəmid Rəcəbzadə
Rəcəbzadə Əbdülhəmid Yunus oğlu
Əbdülhəmid Rəcəbzadə
Əbdülhəmid Rəcəbzadə, 1980.
Doğum tarixi 8 mart 1915(1915-03-08)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1995
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Tibb İnstitutu (1933–1938)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1962
"Qırmızı Ulduz" ordeni — 1945"Döyüş xidmətlərinə görə" medalı — 1950Şablon:"Qırmızı ulduz" ordeniII dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985

Əbdülhəmid Rəcəbzadə (1915–1995) — tanınmış hərbçi-həkim, tibb xidməti polkovniki, Azərbaycan SSR əməkdar həkimi.


Haqqında məlumatlar

8 mart 1915-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

İlk təhsilini Zaqatalada alıb.

1932-ci ildə Bakıda Sənaye Texnikumuna daxil olsa da, xəstəliyi səbəbindən təhsilini yarımçıq buraxaraq Nuxaya qayıdıb və Nuxa radio qovşağında diktor kimi əmək fəaliyyətinə başlayıb.

1933 – 1938-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

1938 – 1939 illərdə Nuxa rayonundakı Orconikidze qəsəbəsində həkim,

1939 – 1940 illərdə Nuxa Tibb Texnikumunun direktoru vəzifəsində işləyib.

1940-ci ildə hərbi xidmətə keçib, Böyük Vətən müharibəsində iştirak edib,

1945-ci ildə Tbilisidə – Zaqafqaziya Hərbi Dairəsində həkim,

1950 – 1956-cı illərdə Bakı Ali Zabitlər məktəbində həkim,

1956 – 1973-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin hərbi hissəsində hissə komandirinın tibb üzrə müavini vəzifəsində çalışıb.

1973-ci ildə ordudan tərxis olunub.

1973 – 1979-cu illərdə Bakı Şəhər Səhiyyə Şöbəsi müdirinin birinci müavini,

1979 – 1990-illərdə isə Bakı Şəhər Səhiyyə Şöbəsində birinci şöbənin rəisi vəzifəsində çalışıb.

Təltif və mükafatları

3 orden və 15 medalla təltif olunub; o cümlədən,

Vəfatı

1995-ci ildə Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Раджабзаде Абдул-Гамид Юнус-оглы : [arx. 16.04.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.04.2023.
  2. Mete Ə. Mənalı ömür yollarında // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 345. — 500 nüsx.