Məmməd Çələbiyev
Məmməd Çələbiyev | |
---|---|
Çələbiyev Məmməd Musa oğlu | |
Məmməd Çələbiyev, 1970 | |
Təxəllüsü | Şəkili |
Doğum tarixi | 1 aprel 1923 |
Doğum yeri | İnçə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR |
Vəfatı | 3 avqust 1987 (64 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Məmməd Çələbiyev (Çələbiyev Məmməd Musa oğlu; d. 1 aprel 1923-cü il, Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö. 3 avqust 1987-ci il, Şəki, Azərbaycan SSR, SSRİ) - azərbaycanlı yazıçı, 4 bədii kitabın müəllifidir, qələmə aldığı dram əsərləri Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Haqqında məlumatlar
1923-cü ildə nuxa qəzasının inçə kəndində anadan olub.
1930 – 1937-ci illərdə İnçə kənd məktəbində,
1937 – 1940-cı illərdə Nuxa Pedaqoji texnikumunda təhsil alıb.
1940-cı ilin 8 martından Nuxa rayonunun Aşağı Şabalıd,
1940-cı ilin sentyabrından 1941-ci ilin 22 dekabrına qədər isə İnçə-Zunud 7 illik kənd məktəbində müdir və müəllim işləyib.
1941-ci ilin 22 dekabrında cəbhəyə cedib.
Stalino, Makivka, Cənubi Ukrayna cəbhələrində vuruşmuş, ağır yaralanaraq 1942-ildə ordudan təxris olunmuşdur.
1943-cü ilin yanvar ayından 1961-ci ilin oktyabr ayına qədər Nuxa rayonunun bir sıra məktəblərində müəllim, müdir müavini və director vəzifəsində işləyib.
1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə qiyabi təhsil alıb.
1961 – 1972-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında,
1972 – 1974 -ci illərdə Şəki Pedaqoji Texnikumunda işləyib.
1971-ci ilin noyabrından ömrünün sonuna – 1987 ci ilin avqust ayının 3-ə qədər Şəki Musiqi Texnikumunda müəllim işləyib.
Yaradıcılığı
1956-ci ildən ədəbi yaradıcılıqla məşğul olub. Əsərləri “Azərbaycan” jurnalında və digər respublika və rayon qəzetlərində çap edilib. Qələmə aldığı dram əsərləri Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub.
Kitabları
- Bir yay günü;
- Zoğal ağacları;
- Haronnaya gəlin gəlir;
- Təmkin.
İstifadə edilmiş mənbə
- Məmmədov Ə., Xalıqov F. Çələbiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 101.