Məmməd Çələbiyev
Məmməd Çələbiyev | |
---|---|
Çələbiyev Məmməd Musa oğlu | |
Məmməd Çələbiyev, 1970 | |
Təxəllüsü | Şəkili |
Doğum tarixi | 1 aprel 1923 |
Doğum yeri | İnçə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR |
Vəfatı | 3 avqust 1987 (64 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Təhsili |
|
Məmməd Çələbiyev (Çələbiyev Məmməd Musa oğlu; d. 1 aprel 1923-cü il, Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö. 3 avqust 1987-ci il, Şəki, Azərbaycan SSR, SSRİ) - azərbaycanlı yazıçı və dramaturq, 4 bədii kitabın, o cümlədən, Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərakatında iştirakına dair “Haronnaya gəlin gəlir” kitabının müəllifidir; qələmə aldığı dram əsərlərindən üçü sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub.
Haqqında məlumatlar
1923-cü ildə Nuxa qəzasının İnçə kəndində anadan olub.
1930 – 1937-ci illərdə İnçə kənd məktəbində,
1937 – 1940-cı illərdə Nuxa Pedaqoji Texnikumunda təhsil alıb.
1940-cı ilin 8 martından Nuxa rayonunun Aşağı Şabalıd kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb.
1941-ci ilin 22 dekabrında Sovet Ordusu sıralarına çağırılıb.
Stalino, Mateyevka, Cənubi Ukrayna cəbhələrində vuruşub, 1942-ci ildə ağır yaralanıb və ordudan tərxis olunub.
1943 – 1961-ci illərdə İnçə-Zunud 7 illik kənd məktəbində müəllim, direktor müavini və direktor işləyib.
1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil alıb.
1961 – 1972-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında şöbə müdiri və məsul redaktor,
1972 – 1974 -ci illərdə Şəki Pedaqoji Texnikumunda dil və ədəbiyyat müəllimi işləyib.
1971-ci ilin noyabrından ömrünün sonuna – 1987 ci ilin avqust ayının 3-ə qədər, Şəki Musiqi Texnikumunda müəllim işləyib.
Yaradıcılığı
1956-ci ildən ədəbi yaradıcılığa başlayıb. Hekayələri respublika qəzet və jurnallarında, Şəkidə çıxan qəzetlərdə çap olunub. “Qızlar bəzək sevir” povesti “Azərbaycan” jurnalında (1965, №5-6) dərc olunub. “Təmkin” povesti həm “Azərbaycan” jurnalında (1971, №3) və həm də ayrıca kitab kimi "Yazıçı" nəşriyyatında (1983) çap olunub. Qələmə aldığı dram əsərlərindən üçü sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub: “Hökm” (1981), “Fədai” (1983), Yaşıl işıq (1985).
Kitabları
- Təmkin – “Yazıçı” nəşriyyatı, 1983;
- Bir yay günü – “Yazıçı” nəşriyyatı, 1987;
- Zoğal ağacları – “Mütərcim” nəşriyyatı, 1998;
- Haronnaya gəlin gəlir – “Mütərcim” nəşriyyatı, 1998.
İstifadə edilmiş mənbə
- Məmmədov Ə., Xalıqov F. Çələbiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 101.