Ramil Babazadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 14:38, 5 may 2023 tarixli redaktə
Ramil Babazadə
Ramil Tərlan oğlu Babazadə
Ramil Babazadə
Ramil Babazadə.
Anadan olub 6 may 2001 (2001-05-06) (23 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
İxtisası kimya
Təhsili KAİST Universiteti (Cənubi Koreya, 2018–)
Avtoqraf İmza
facebook səhifəsi

Ramil Babazadə — KAİST Universitetinin (Cənubi Koreya) tələbəsi. Orta məktəb şagirdi olarkən — 2016 – 2018-ci illərdə, beynəlxalq fənn olimpiyadalarında 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmış, həmçinin, 2017 – 2018-ci illərdə Respublika Fənn Olimpiadasının qalibi olmuşdur.

Haqqında məlumatlar

6 may 2001-ci il tarixdə Şəkidə anadan olub.

2004-cü ildə ailəvi Bakıya köçüblər.

Təhsili

7-ci sinfə qədər Bakıdakı 74 saylı orta məktəbdə, daha sonra,

7-ci sinifdən 11-ci sinfə qədər, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinfində təhsil alıb.

Beynəlxalq fənn olimiyadalarında uğurları ona təhsilini dünyanın istənilən aparıcı təhsil müəssisələrindən birində və təqaüdlə davam etdirmək imkanı yaradırdı. Ramil Babazadə Cənubi Koreyanın KAİST Universitetini seçmiş, 2018-ci ildən həmin universitetdə təhsil almağa başlamışdır.

Mükafatları

  • 2016-cı il – Respublika fənn olimpiyadası, kimya, gümüş medal;
  • 2016-cı il – 48-ci Beynəlxalq Kimya Olimpiadası, bürünc medal;
  • 2016-cı il – 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadası – bürünc medal;
  • 2017-cı il – 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası – bürünc medal;
  • 2017-cı il – Respublika fənn olimpiadası – “birincilər birincisi” nominasiyası və qızıl medal;
  • 2017-cı il – 49-cu Beynəlxalq Kimya Olimpiadası, kimya – qızıl medal;
  • 2017-cı il – 2-ci Beynəlxalq Meqapolis Şəhərlərin Olimpiadası – qızıl medal;
  • 2018-cı il – Respublika fənn olimpiadası, kimya – “birincilər birincisi” nominasiyası və qızıl medal;
  • 2018-cı il – 50-ci Beynəlxalq Kimya Olimpiadası – gümüş medal;
  • 2018-cı il – Gənclər və İdman Nazirliyi tərəfindən uğurlu fəaliyyətinə görə “İlin gənci” nominasiyası;
  • 2018-cı il – Azərbaycan Respublikası Milli Məclisinin və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə tədbirində “Azərbaycanın gələcəyi” mükafatı.

Ədəbiyyat

  1. "Beynəlxalq olimpiadaların qızıl medalçısı: "Kimya mənim üçün hər şeydir"". http://azedu.az (azərb.). azedu.az. 3 Feb 2019 tarixində arxivləşdirilib.

Bildiriş