Səadət Çələbiyeva
Səadət Çələbiyeva | |
---|---|
Çələbiyeva Səadət Məmməd qızı | |
Səadət Çələbiyeva, 2009-cu il | |
Anadan olub | 31 iyul 1955 |
Anadan olduğu yer | İnçə, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Uşağı | Aynur Məsimova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
|
Səadət Çələbiyeva (Çələbiyeva Səadət Məmməd qızı; Şablon:D 32 iyul 1955-ci il, İnçə, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – Şəki radiosunun sonuncu diktoru (1984-cü ildən), Qarabağ şəhidləri barədə silsilə verilişlər hazırlamış və radionun efirində səsləndirmişdir. Həmçinin, Şəki Şəhər Nizami Gəncəvi adına 7-saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demiş (1980-cı ildən), eyni məktəbdə ibtidai siniflər üzrə tədris hissə olmuşdur (1987-ci ildən).
Haqqında məlumatlar
1955-ildə Nuxa rayonunun İnçə kəndində anadan olub.
Nuxa şəhərindəki 3 saylı məktəbdə oxuyub.
1970 – 1973-cü illərdə Şəki Pedaqoji Texnikumunun məktəbə qədər fakültəsində,
1975 – 1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyət fakültəsində təhsil alıb.
1980-cı ildən Şəki Şəhər Nizami Gəncəvi adına 7-saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib, 1987-ci ildən ibtidai siniflər üzrə tədris hissə olub.
1984-ci ildən həm də Şəki radiosunun diktoru kimi də fəaliyyət göstərib.