Səkinə Məmmədova
Səkinə Məmmədova | |
---|---|
Məmmədova Səkinə Aydın qızı | |
Səkinə Məmmədova. | |
Anadan olub | 1 iyun 1995 |
Anadan olduğu yer | Şəki, Azərbaycan |
Atası | Aydın Məmmədov |
Anası | Nəzakət Məmmədova |
Vətəndaşlıq | Azərbaycan |
Təhsili |
• Atatürk Universiteti (Ərzurum, Türkiyə), açıq və uzaqdan öyrənmə fakültəsi, bakalavriat, idman və idman elmləri ixtisası (2022–) alan tələbəsi. |
Səkinə Məmmədova – Atatürk Universitetinin (Ərzurum, Türkiyə) açıq və uzaqdan öyrənmə fakültəsinin bakalavriatında idman və idman elmləri ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi.
Haqqında məlumatlar
1 iyun 1995-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
2001 – 20002-ci illərdə Şəki şəhər 19 saylı orta məktəbində,
2002 – 2008-ci illərdə Bakı şəhər 215 saylı orta məktəbində,
2008 – 2010-cu illərdə Bakı şəhər 4 saylı orta məktəbində təhslil alıb.
2020-ci ildə eksternat imtahan verərək orta təhsil atestatı alıb.
2022-ci ildə Atatürk Universitetinin (Ərzurum, Türkiyə) açıq və uzaqdan öyrənmə fakültəsinin bakalavriatında idman və idman elmləri ixtisası üzrə təhsil almağa başlayıb.
Təltif və mükafatları
- 2012-ci il – cüdo üzrə “Auro” Cudo Klubunun açıq birinciliyində (Bakı, təşkilatçı: Azərbaycan Cüdo Federasiyası, “Auro” Cudo Klubu ), 55 kq çəki dərəcəsində — 3-ci yer.
- 2013-cü il – cüdo üzrə Bakı şəhər çempionatı (Bakı, təşkilatçı: Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi), 48 kq çəki dərəcəsində — 3-ci yer.
- 2013-cü il – cüdo üzrə Bakı çempionatı (Bakı, təşkilatçı: Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi), 1993 – 1995-ci təvəllüdlülər arasında, 52 kq çəki dərəcəsində — 1-ci yer.
- 2013-cü il – cüdo üzrə Zəfər bayramı münasibəti ilə yarışma (Ankara, İstanbul, təşkilatçı: Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi), 52 kq çəki dərəcəsində — 1-ci yer.
- 2013-cü il – beynəlxalq və respublika yarışlarında müvəffəqiyyət qazandığına görə (Şəki, Şəki şəhər Gənclər və İdman İdarəsi) — Fəxri fərman.
- 2013-cü il – cüdo üzrə Azərbaycan çempionatı (Bakı, təşkilatçı: Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi), U 21 yaş kateqoriyası, 52 kq çəki dərəcəsində — 3-cü yer.
- 2014-cü il – kabaddi üzrə dünya kuboku (Pəncab, Hindistan) — həvəslənditrici mükafat.
- 2014-cü il – cüdo üzrə Bakı Şəhər Açıq Birinciliyi (Bakı, təşkilatçı: Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi), 1994 – 1996-cı təvəllüdlülər arasında, 52 kq çəki dərəcəsində — 2-ci yer.
- 2018-ci il – sumo üzrə Azərbaycan çempionatı (Bakı, təşkilatçı: Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi) — 2-ci yer.
- 2019-cu il – Avropa çempionu, beynəlxalq dərəcəli usta Yelkan Tedeyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 19-cu Ümumrusiya turniri (Şimali Osetiya Respublikası, Rusiya Federasiyası), 57 kq çəki dərəcəsində — Bürünc medal.
- 2019-cu il – sərbəst güləş üzrə “Gömrükçü” İdman Klubunun qızlar arasında açıq birinciliyi (Bakı, təşkilatçı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq mərkəzi), 55 kq çəki dərəcəsində — 3-ci yer.
Şəkillər
2014-cü il – kabaddi üzrə dünya kuboku (Pəncab, Hindistan) — həvəsləndirici mükafat.