Yusif Kərimli
Yusif Kərimli | |
---|---|
Kərimli Yusif Elşad oğlu | |
Yusif Kərimli məktəblilərin şahmat üzrə Azərbaycan çempionatinda, dekabr, 2018. | |
Ölkə | Azərbaycan |
Doğum tarixi | 12 iyun 2011 |
Doğum yeri | Şəki, Azərbaycan |
FİDE reytinqi | 2400-dən az (aprel 2022) |
facebook səhifəsi |
Yusif Kərimli — 2019-cu il şahmat üzrə yeniyetmələrin şəxsi Avropa birinciliyinin – U08 yaş kateqoriyası, oğlanlar arasında, – bürünc medalçısı[1]; məktəblilərin Avropa çempionatının – U09 yaş kateqoriyası, oğlanlar arasında, – qalibi[2].
Haqqında məlumatlar
12 iyun 2011-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
2017-ci ildən Şəki şəhər 11 saylı tam orta məktəbində təhsil alır.
Şahmat fəaliyyəti
5 yaşından — 2016-cı ildən, Şəki Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmatın sirlərini öyrənməyə başlayıb.
6 yaşında — 2017-ci ildə, 11 – 19 iyun tarixləri arasında Monteneqronun Budva şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə Avropa çempionatında – U07 yaş kateqoriyası, oğlanlar arasında, – altıncı yeri tutub[3]. Həmin ilin dekabrında “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə keçirdiyi məktəblilərin şahmat üzrə Azərbaycan çempionatında yeddi yaşadək oğlanlar arasında ikinci olub və məktəblilərin növbəti Dünya və Avropa birinciliklərində yenidən iştirak etmək hüququ əldə edib[4].
7 yaşında — 2018-ci ildə, Albaniyanın Durres şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə Dünya çempionatında, öz yaş qrupu üzrə ikinci olub[5]. Həmin il Polşanın Krakov şəhərində təşkil olunmuş məktəblilərin şahmat üzrə növbəti Avropa çempionatında isə öz yaşıdları arasında üçüncü yeri tutub.
2018-ci ilin dekabrında “Təhsil” Respublika İdman Mərkəzinin 6 yaş qrupu üzrə keçirdiyi məktəblilərin şahmat üzrə Azərbaycan çempionatında 2010 – 2011-ci il təvəllüdlü oğlanlar arasında birinci yeri tutmuş və 2019-cu ildə keçiriləcək məktəblilərin növbəti Dünya və Avropa birinciliklərində iştirak etmək hüququ əldə etmişdir[6].
2019-cu ilin fevral – mart aylarında “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi şəhərində keçirilmiş “Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş” ənənəvi şahmat turnirində üçüncü olub[7].
2019-cu ilin may ayında İdman Gənclər Nazirliyi ilə Şahmat Federasiyasının birgə keçirdiyi Azərbaycan çempionatında səkkiz yaşadək oğlanlar arasında 11 oyundan 10,5 xal toplayaraq birinci yeri tutub[8] və FİDE-nin həmin ilin 20 avqust – 2 sentyabr tarixlərində Çinin Veifang şəhərində keçirəcəyi şahmat üzrə dünya çempionatına vəsiqə qazanıb.
2019-cu ilin iyun ayında Rumıniyanın Mamaya şəhərində təşkil olunan məktəblilərin şahmat üzrə Avropa çempionatında – U09 yaş kateqoriyası, oğlanlar arasında, – 9 oyundan 9 xal toplayaraq Avropa çempionu adını qazanıb[9].
2019-cu ilin 1 – 11 avqust tarixlərində isə Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş yeniyetmələrin şahmat üzrə şəxsi Avropa birinciliyində – U08 yaş kateqoriyası, oğlanlar arasında, – 3-cü yeri tutaraq bürünc medala layiq görülüb[10].
Digər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən Yusif Kərimlinin də adını çəkmişdir:
2019-cu ildə Avropa çempionatında səkkiz yaşlı şahmatçılar arasında Dinarə Hüseynova qızıl medal qazanaraq Avropa çempionu olmuşdur, Səadət Bəşirli və Yusif Kərimli bürünc medal qazanmışlar[11]. |
Diplomları
İstinadlar
- ↑ European Youth Chess Championships 2019 Open U08 – Chess-Tournament-Results-Server.
- ↑ EUROPEAN SCHOOL CHESS CHAMPIONS ANNOUNCED (June 9, 2019) – European Chess Union.
- ↑ EUROPEAN SCHOOL CH. 2017 - OPEN 07 – Chess-Tournament-Results-Server.
- ↑ "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə Respublika Birinciliyinə yekun vuruldu – chess.az
- ↑ Albaniyanın Durres şəhərində keçirilən məktəblilər arasında Dünya Çempionatı başa çatdı. – chess.az
- ↑ "Təhsil" Respublika İdman Mərkəzinin keçirdiyi məktəblilər arasında Azərbaycan Çempionatı başa çatdı – chess.az.
- ↑ Ağcabədidə keçirilən ənənəvi turnir başa çatdı – chess.az.
- ↑ Чемпионат Азербайджана среди мальчиков до 8-и лет! – azerichess.az.
- ↑ EUROPEAN SCHOOL CHESS CHAMPIONS ANNOUNCED (June 9, 2019) – European Chess Union.
- ↑ European Youth Chess Championships 2019 Open U08 – Chess-Tournament-Results-Server.
- ↑ İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib – 13 yanvar 2020 (president.az)
Aidiyyəti linklər
- Məktəblilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb – 12.12.2018 (azertag.az).
- Şahmatçılarımız Avropa çempionatında 4 medal qazanıblar – 10.06.2019 (azertag.az).
- Murad İbrahimli 17 yaşına qədər məktəbli şahmatçılar arasında dünya çempionu olub – 01.05.2018 (youthportal.az).
- Kəmalə Rəhimli. Məktəblilər dünya şahmat çempionatından medallarla qayıdıb – 02.05.2018 (tehsil-press.az).
- Gənclər və idman naziri Avropa Çempionatının medalçılarını qəbul edib – 26.08.2019 (tehsilchess.az).
- Yeniyetmə şahmatçılarımızdan uğurlu nəticə – 28.08.2019 (muallim.edu.az).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |