Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlu; 15 oktyabr 1887-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1 iyun 1977-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru (1944-cü ildən). Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.
Məmməd Əfəndiyev | |
---|---|
Əfəndiyev Məmməd Rəşid bəy oğlu | |
Məmməd Əfəndiyev, 1911-ci il | |
Doğum tarixi | 5 oktyabr 1887 |
Doğum yeri |
Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1 iyun 1977 (89 yaşında) |
Vəfat yeri |
Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elmi adı | professor (1944-cü ildən) |
Atası | Rəşid bəy Əfəndiyev |
Mükafatları |
Haqqında məlumatlar
1887-ci ildə Nuxada anadan olub.
1908-ci ildə Tiflis gimnaziyasını bitirib.
1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsinə təhsil alıb.
1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,
1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.
1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.
1921 − 1926-cı illərdə fəaliyyət göstərmiş Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.
1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,
1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.
1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.
1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.
1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib.
Elmi-pedaqoji fəaliyyəti
1933-cü ildə dosent,
1944-cü ildə professor elmi adını alıb.
Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.
1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.
Mükafatları
- “Azərbaycan SSR Əməkdar Elm xadimi” (1943)
- “Lenin” ordeni;
- “Qırmızı əmək Bayrağı” ordeni, 2 dəfə;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
- “Qafqazın müdafiəsinə görə” medalı
İstifadə edilmiş mənbə
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı. — 2 cilddə. — Səh.: 153-154.