Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

İbrahim Rəsulov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Videolar) tərəfindən edilmiş 21:16, 12 avqust 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
İbrahim Rəsulov
Rəsulov İbrahim Allahyar oğlu
İbrahim Rəsulov
İbrahim Rəsulov.
Şəxsi məlumatlar
Doğum adı 20 avqust 1959 (1959-08-20) (65 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ

Musiqi alətləri tar və pianino
Təhsili

 • Şəki Orta İxtisas Musiqi Məktəbi, tar ixtisası (1974–1978)

 • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1985–1990)
Adının digər versiyaları Ibrahim Resulov, Ibrahim Rasulov, Ибрахим Расулов, Ибрахим Ресулов, Ибраһим Рәсулов
facebook səhifəsi

İbrahim Rəsulov — tanınmış musiqişünas-pedaqoq, tarzən və pianoçu, Şəki Dövlət Regional Kollecinin və Şəki şəhər 4 №-li musiqi məktəbinin müəllimi. Dəfələrlə Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş konsertlərdə çıxış etmiş, uzun müddət Şəkidəki müxtəlif musiqi məktəblərində direktor vəzifəsində çalışmış, üç ildən bir qədər artıq müddət ərzində isə Şəki şəhər mədəniyyət şöbəsinin müdiri olmuşdur.

Haqqında məlumatlar

20 avqust 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966 – 1974-cü illərdə ildə Şəki şəhər M.Qorki adına 10 nömrəli orta məktəbində,

1968 – 1972-ci illərdə Şəki şəhər 1 №-li musiqi məktəbinin,

1974 – 1978-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində,

1985 – 1990-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Əmək fəaliyyəti

1978-ci ildən Jdanov (indiki Beyləqan) rayon Uşaq Musiqi Məktəbində tar müəllimi,

1987-ci ilin sentyabr ayından 2001-ci ilin fevral ayınadək Şəki şəhər 3 №-li musiqi məktəbinin direktoru,

2001-ci ilin fevral ayından 2004-cü ilin iyun ayınadək Şəki şəhər mədəniyyət şöbəsinin müdiri,

2004-cü ilin avqust ayından 2005-ci ilin aprel ayınadək Şəki şəhər 5 №-li musiqi məktəbinin direktoru,

2005-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayınadək Şəki 4 №-li musiqi məktəbinin direktoru olub.

2021-ci ilin dekabr ayından Şəki Dövlət Regional Kollecində və Şəki şəhər 4 №-li musiqi məktəbində müəllim vəzifəsində çalışır.

Ədəbiyyat

  1. Vətən A. Musiqi ünvanlı Vətən : [arx. 12.08.2023] // Ədalət. — 2019. — 14 iyun. — Müraciət tarixi: 12.08.2023.

Videolar