Namiq Qaffarov
Namiq Qaffarov | |
---|---|
Qaffarov Namiq Nadir oğlu | |
Namiq Qaffarov | |
Doğum tarixi | 12 iyun 1957 |
Doğum yeri | Nuxa (indiki Şəki), AzSSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Təhsili | M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (1975–1979) |
facebook səhifəsi |
Namiq Qaffarov — tanınmış mədəniyyət işçisi. Uzun müddət müxtəlif mədəniyyət müəssisələrində rəhbər vəzifələr tutmuş, o cümlədən, 12 il Sumqayıt şəhər mədəniyyət və turizm idarəsinin rəisi, 5 il Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru olmuşdur.
Haqqında məlumatlar
12 iyun 1957-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1975 – 1979-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.
Hərbi xidmətdə
1979 – 1981-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
- Şəki şəhər 19 №-li orta məktəbi, texniki işçi (02.09.1974–02.06.1975).
- Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi — baş fond mühafizi (01.07.1981–16.06.1982).
- Şəki şəhər Mədəniyyət şöbəsi, M.F.Axundov adına ziyalılar evi — bədii rəhbər (16.08.1982–14.04.1983).
- M.F.Axundov adına Şəki şəhər mədəniyyət və istirahət parkı — direktor (14.04.1983–01.01.1992).
- Şəki şəhər mədəniyyət şöbəsi — müdir müavini (01.02.1992–10.02.1993).
- Şəki rayon kino-video idarəsi — direktor (11.02.1993–12.12.1995).
- Şəki mədəniyyət şöbəsi — müdir (14.12.1995–19.09.2000).
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, mədəni-maarif baş idarəsi — rəis müavini və şöbə müdiri (19.09.2000–01.12.2004).
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, regionlarla iş sektoru — sektor müdiri (01.12.2004 – 01.12.2006).
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, regionlarla iş sektoru — sektor müdiri (01.05.2006–23.11.2007).
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Sumqayıt şəhər mədəniyyət və turizm idarəsi — idarə rəisi (23.11.2007–11.11.2015).
- Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı — direktor (2017–2022).
2022-ci ildən təqaüddədir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |