Mustafa Şərifov
Mustafa Şərifov | |
---|---|
Şərifov Mustafa İsmayıl oğlu | |
Mustafa Şərifov. | |
Digər adları | Şərifov Mustafa ağa, Şərifov Mustafa bəy, Şərifov Yevgeni Mixayloviç |
Anadan olub | (4) 16 avqust 1875 |
Anadan olduğu yer | Yuxarı Əksibara (indiki Yuzarı Əskipara), Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | + 1939 |
Həyat yoldaşları | Doridnısi Anna İvanovna, Şərifova Sona |
Uşaqları | Angelina və Aleksandr (A.İ.Doridnitsinadan), Məryəm və İsmayıl (Sona Şərifovadan) |
Təhsili | Xarkov Universiteti, tibb fakültəsi (–1899) |
Mükafatları | Əmək qəhrəmanı |
Mustafa Şərifov (1875–1938, yaxud 1952) — 19-cu əsrin son rübündən 20-ci əsrin ortalarınadək indiki Azərbaycanın bir neçə bölgəsndə və Bakı şəhərində fəaliyyət göstərmiş tanınmış həkim. İlk azərbaycanlı sanitar həkimdir. Rusiya İmperiyası dövründə saray müşaviri(ru) (rus.: надворный советник) mülki məmur rütbəsinə malik olmuş, sovet dövründə Azərbaycan SSR əmək qəhrəmanı adı ilə təltif edilmişdir.
Haqqında məlumatlar
4 (16) avqust 1875-ci il tarixdə Qazax qəzasının Yuxarı Əksibara (indiki Yuxarı Əskipara) kəndində anadan olub.
Təhsili
1899-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib.
Əmək fəaliyyəti
1900 – 1901-ci illərdə İrəvan quberniyasının Şərur-Dərəliyəz qəzasında kənd həkimi,
1901 – 1904-cü illərdə Cavanşir qəzasının həkimi,
1904 – 1908-cü ildə Nuxa şəhərinin həkimi,
1908 – 1909-cü ildə Cavanşir qəzasında kənd həkimi,
1913 – 1918-ci illərdə Bakı Şəhər İdarəsi Tibb-Sanitariya bürosunda rayon sanitar həkimi, Bakı şəhərinin sanitar həkimi[qeyd 1], şəhər dezstansiyasının müdiri, sanitar təşkilatın müdiri,
1918 – 1920-ci illərdə əvvəl Bakı şəhər idarəsi səhiyyə şöbəsinin naziri[1], sonra Bakı şəhər tibb-sanitar hissəsinin müdiri[2],
1920 – 1922-ci illərdə Bakı İnqilab Komitəsi Səhiyyə Şöbəsində kollegiya üzvü, Bakı şəhər səhiyyə şöbəsi müdirinin müavini,
1922-ci ildən Bakı şəhər səhiyyə şöbəsinin müdiri,
1923 – 1924-cü illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında sanitar-epidemioloji şöbənin müdiri[3][4].
1924 – 1925-ci illərdə “Azərneft”in Tibb-Sanitariya İdarəsində kurort hissəsi müdirinin müavini,
1925 – 1931-ci illərdə Bakı şəhər səhiyyə idarəsi müdirinin müavini[qeyd 2],
1936 – 1937-ci illərdə Əmək və Peşə Xəstəlikləri Gigiyeniyası İnstitutunda statistika şöbəsinin müdiri, daha sonra “Azneft” tibb-sanitar idarəsində müdir müavini vəzifəsində işləyib[2][1].
Təltif və mükafatları
“Azərbaycan SSR əmək qəhrəmanı” adı (15.03.1932)[5][6].
Rütbəsi
1908-ci ildəsaray müşaviri(ru) mülki məmur rütbəsi alıb[7].
Digər
1897-ci ildə Anna İvanovna Doridnısi adlı xristian-pravoslav qızla evlənmək üçün xristianlığın pravoslavlıq təriqətini qəbul edib[7].
1905-ci ilin noyabrında Tiflisdə yaşayırdı; həmin vaxt Tiflisin müsəlman icması nümayəndələrinin toplantısında erməni provokasiyalarına qarşı qəti tədbirlər görmək və azərbaycanlılarla ermənilərin toqquşmasına yol verməmək üçün xüsusi komissiyanın yaradılması qərara alınmışdı. Mustafa Şərifov da həmin komissiyanın üzvü olub[8].
1910-cu ildə yenidən islam dininə qayıdıb və Anna Doridnısini boşayıb[7].
1912-сi ildə əmisi qızı Sona xanım Şərifova ilə evlənib[7].
1912-сi ildə Qafqaz müsəlman xeyriyyə cəmiyyəti üzvlüyünə namizəd olub[9].
Vəfatı
1939-cu ildən sonra vəfat etmişdir. Dəqiq vəfat tarixi məlum deyil.
Qeydlər
- ↑ 1914 və 1916-cı illərdə Bakı şəhərinin sanitar həkimi olması digər mənbələrdə də təsdiqini tapır (bax: Врачи Баку, 1914; Врачи Баку, 1916).
- ↑ 1926 və 1927-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında Bakı şəhər səhiyyə şöbəsinin müdirinin müavini vəzifəsində işləməsi digər mənbələrdə də təsdiqini tapır (bax: Народный Комиссариат Здравоохранения, 1926; Городская справочная и адресная книга, 1927).
İstinadlar
- ↑ 1,0 1,1 Mərdanov M, Tahirzadə Ə., 2023, s. 320–326.
- ↑ 2,0 2,1 Mete Ə., 2008, s. 172.
- ↑ Весь Баку 1923 год.
- ↑ Список медицинских врачей СССР.
- ↑ OTÖ, 2006, s. 331.
- ↑ Mete Ə., 2008, s. 173.
- ↑ 7,0 7,1 7,2 7,3 The National Parliamentary Library of Georgia, с. 252.
- ↑ Алиева И., 2009, с. 95.
- ↑ Кавказский календарь на 1913 год.
Ədəbiyyat
- Tahirzadə Ə. Ali təhsil tariximizdən // Azərbaycan müəllimi : qəzet. — 2012. — В. 3 fevral. — № 5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Oct 2017 - 4 Jun 2021.
- Mete Ə. İlk azərbaycanlı sanitar həkim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 330-331. — 500 nüsx.
- Mete Ə. Şərifov Mustafa İsmayıl oğlu // Loğmanlar. — Nurlan, 2008. — Səhifələrin sayı: 498. — Səh.: 172–173. — 500 nüsx.
- Врачи Баку. 1916 (rus.). https://ourbaku.com/ (1916). Müraciət tarixi: 30 iyul 2021. Arxivləşdirilib (30 iyul 2021).
- Врачи Баку 1914 год (rus.). https://ourbaku.com/ (1914). Müraciət tarixi: 30 iyul 2021. Arxivləşdirilib (30 iyul 2021).
- Весь Баку 1923 год. Адресный и справочный указатель. Наркомздрав : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1923. — 31 октября. — Müraciət tarixi: 30.07.2021.
- Список медицинских врачей СССР : Мужчины - врачи : [arx. 30.07.2021] : [rus.] // Baku Pages. — 1924. — 31 октября. — Müraciət tarixi: 30.07.2021.
- Здравоохранение. Народный Комиссариат Здравоохранения (1926) deadlink= (rus.). https://ourbaku.com/ (1926). Müraciət tarixi: 30 iyul 2021. Arxivləşdirilib (30 iyul 2021).
- Весь Баку. Городская справочная и адресная книга на 1927 год (rus.). https://ourbaku.com/ (1927). Müraciət tarixi: 30 iyul 2021. Arxivləşdirilib (30 iyul 2021).
- Определение Грузино-Имеретинского Синодальной Конторы : По делу врача Мустафы Ага-Шарифова производившемуся в Синодальной Конторы : [arx. 30.07.2021] : [rus.] // The National Parliamentary Library of Georgia. — 1916. — 31 октября. — 251–256. — Müraciət tarixi: 30.07.2021.
- Алиева И. Политическое и социальноэкономическое положение азербайджанцев Тифлисской Губернии (1846-1917). — Баку: Тахсил, 2009. — С. 95. — 154 с. — 500 экз. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 Mar 2016 - 7 Oct 2017.
- Кавказский календарь на 1913 год : Кавказское мусульманское благотворительное общество : [arx. 30.07.2021] : [rus.] // Наш Баку. — 1912. — 31 октября. — Müraciət tarixi: 30.07.2021.
- Фотография первого санитарного врача Азербайджана Мустафы Шарифова в коллекции музея : [arx. 11.07.2022] : [rus.] // Национальный Музей Истории Азербайджана. — 2022. — 21 июня. — Müraciət tarixi: 15.11.2022.
- Mərdanov M, Tahirzadə Ə. ŞƏRİFOV Mustafa bəy İsmayıl ağa oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2023. — VIII cild. — Səh.: 320 – 326.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1875-ci ildə doğulanlar
- 16 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1939-cu ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr