Səbinə Hacıyeva

Şəki Ensiklopediyası materialı
Səbinə Hacıyeva
Hacıyeva Səbinə Xalid qızı
Səbinə Hacıyeva
Səbinə Hacıyeva, 2014
Doğum tarixi 13 oktyabr 1971 (1971-10-13) (53 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri (2015-ci ildən)
Elmi dərəcəsi memarlıq doktoru
Elmi adı professor
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, memarlıq fakültəsi (1994)
Mükafatları "Tərəqqi" medalı

Səbinə Hacıyeva (Hacıyeva Səbinə Xalid qızı; d.  13 noyabr 1971-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı memar-alim, memarlıq doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, Azərbaycan Respublikası Memarlar İttifaqının elm və təhsil üzrə komissiyasının sədri.

Haqqında məlumatlar

1971-ci ildə Bakıda anadan olub.

Təhsili

1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini fərqləmmə diplomu ilə bitirib.

Əsas iş yerləri

1994 – 2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasında müəllim,

2001 – 2017-ci illərdə abidələrin bərpası və mühafizəsi laboratoriyasının direktor olub.

2005-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında çalışır,

2015-ci ildən həmin kafedrasının müdiridir.

Elmi fəaliyyəti

1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və elmlər namizədi elmi dərəcəsi alıb.

2004-cü ildə dosent elmi adını alıb.

2013-cü ildə “Azərbaycanın Şimal-Qərb regionunun memarlıq irsi, onun qorunma və istifadəsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib,

2014-cü ildə memarlıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində professor əvəzi vəzifəsinə seçilib.

2019-cu ildə isə professor elmi adını alıb.


100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.

Şəki rayonunun Kiş kəndindəki kilsə tikilisinin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsində;

Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsində;

Qax rayonunun Qum kəndindəki kilsənin konservasiyasına həsr edilmiş Azərbaycan – ABŞ “Qum” layihəsində iştirak edib.

Digər

1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.

2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru,

2016-ci ildə Bakı Akademik Mərkəzinin elmi katibi seçilib.

Mükafatları

  • “Tərəqqi” medalı (25 noyabr 2016-cı il).

İstifadə edilmiş mənbələr

  • Azərbaycan Memarlar İttifaqı (12 Fevral, 2018). "Hacıyeva Səbinə Xalid qızı". www.uaa.az (azərb.). Azərbaycan Memarlar İttifaqı. 29 May 2020 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə