Nüsrət Məmmədov
Nüsrət Məmmədov | |
---|---|
Məmmədov Nüsrət Musa oğlu | |
Nüsrət Məmmədov. | |
Anadan olub | 9 may 1957 |
Anadan olduğu yer | Cumakənd, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Qırğızıstan |
Təhsili |
• Qırğızıstan Rus dili və Ədəbiyyatı Pedaqogikası İnstitutu, filologiya fakültəsi (1980–1985) • Qırğızıstan Dövlət Universiteti, hüquq fakültəsi (1990–1996) |
Mükafatları | |
Adının digər versiyaları | Nusrat Mammadov, Нусрат Мамедов, Нүсрәт Мәммәдов |
facebook səhifəsi |
Nüsrət Məmmədov — Qırğızıstanda fəaliyyat göstərən azərbaycanlı biznesmen. 2017-ci ildə Qırğızıstan Respublikasının prezidentliyinə namizədliyini irəli sürmüş, lakin seçkinin başlanmasına qədər namizədliyini geri götürmüşdür. Özünün yaratdığı “Dünya azərbaycanlıları və digər türkdilli xalqların ittifaqı” və “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidentidir.
Haqqında məlumatlar
9 may 1957-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Cumakənd kəndində anadan olub.
Hərbi xidmət
1975 – 1977-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Təhsili
1980 – 1985-ci illərdə Qırğızıstan Rus dili və Ədəbiyyatı Pedaqogikası İnstitutun filologiya fakültəsində,
1990 – 1996-cı illərdə Qırğızıstan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1977 – 1980-cı illərdə Qazaxıstanın Çimkənd vilayətində, sonralar isə Qırğızıstanda müxtəlif təsərrüfat sahələrində çalışıb.
Təltif və mükafatları
- “Tərəqqi” medalı (04 iyul 2011).
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |