Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Süleyman Süleymanlı

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:18, 19 oktyabr 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Chess tile kl-whitebg.svg
Süleyman
Süleymanlı
Süleymanlı Süleyman Taleh oğlu
Süleyman Süleymanlı
Süleyman Süleymanlı.
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Doğum tarixi 20 oktyabr 2006 (2006-10-20) (18 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Yaşadığı yer Şəki
Titulu FİDE Ustası (FM)
FİDE reytinqi 2400-dən az (aprel 2022)
Atası Taleh Süleymanov
Anası Gülnarə Süleymanova
facebook səhifəsi

Süleyman Süleymanlı — FİDE Ustası (FM)[1], 2015-ci il Məktəblilərin şahmat üzrə Avropa çempionatının qızıl, 2019 və 2023-cü illər Məktəblilərin şahmat üzrə Dünya çempionatlarının gümüş mükafatçısı.

Haqqında məlumatlar

20 oktyabr 2006-cı il tarixdə Şəkidə anadan olub.

Təhsili

2012 – 2023-cü illərdə Şəki şəhər 5 №-tam orta məktəbində təhsil alıb.

2023-cü ildə şahmat üzrə Dünya və Avropa çempionatlarinda qazandığı nailiyyətlərinə görə Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasına imtahansız qəbul edilib.

Şahmat fəaliyyəti

5–yaşından Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində müəllim işləyən anasından şahmat öyrənməyə başlayıb.

6 yaşında Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə yazılıb.

2015-ci ildə məktəblilərin şahmat üzrə Avropa çempionatında Qızıl medal qazanıb (U09 yaş kateqoriyası, oğlanlar arasında)[2] və 9 yaşında Ustalığa Namizəd (CM) olub.

17 – 27 aprel 2019-cu il tarixləri arasında Antalyada (Türkiyə) keçirilən 7 – 17 yaşlı məktəblilər arasında şahmat üzrə Dünya çempionatında Gümüş medal qazanıb (U13 yaş kateqoriyası, oğlanlar arasında)[3].

10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvanda keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində 1-ci yeri tutub[4] və 15 yaşında FİDE Ustası (FM) olub.

15 – 24 iyun 2022-ci il tarixləri arasında Bakıda keçirilmiş şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində 2-ci yeri tutub (U16 yaş kateqoriyası, oğlanlar arasında) və Avropa çempionatına vəsiqə qazanıb[5].

2 – 10 oktyabr 2022-ci il tarixləri arasında Naxçıvanda keçirilmiş 16 yaşlı yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında “Azərbaycan-1” komandasının heyətində 3-cü yeri tutub.

15 – 21 dekabr 2022-ci il tarixləri arasında “Təhsil” RİM-in keçirdiyi 16 yaşlı məktəblilərin şahmat üzrə respublika birinciliyində 1-ci yeri tutub[6].

12 – 22 aprel 2023-ci il tarixləri arasında Yunanıstanın Rodos şəhərində keçirilən 7 – 17 yaşlı məktəblilər arasında şahmat üzrə Dünya çempionatında Gümüş medal qazanıb (U17 yaş kateqoriyası, oğlanlar arasında)[7].

16 – 26 iyun 2023-cü il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində öz yaş qrupunda 2-ci yeri tutaraq Avropa çempionatına vəsiqə qazanıb[8].

İstinadlar

Ədəbiyyat

  1. Suleymanli, Suleyman : [arx. 8 Nov 2020 - 31 May 2022] : [ing.] // International Chess Federation. — Müraciət tarixi: 27.06.2022.
  2. European Schools Champions for 2015 Announced : [arx. 27.06.2022] : [ing.] // European Chess Union. — 2015. — 3 July. — Müraciət tarixi: 27.06.2022.
  3. Süleymanlı Süleyman məktəblilərin dünya 2-cisi oldu : [arx. 14 Oct 2019 - 14 Apr 2021] // “Təhsil” Respublika İdman Mərkəzi. — 2019. — 28 aprel. — Müraciət tarixi: 27.06.2022.
  4. Second Sunday (IM tournament) - 10-16 April 2022 Nakhchivan : [arx. 27.06.2022] : [rus.] // Chess-Tournament-Results. — 2022. — 16 апреля. — Müraciət tarixi: 27.06.2022.
  5. Yeniyetmə şahmatçılar arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib : [arx. 27.06.2022] // AZƏRTAC. — 2022. — 24 iyun. — Müraciət tarixi: 27.06.2022.
  6. "Təhsil" RİM-in şahmat üzrə respublika birinciliyi, O16 : [arx. 22.12.2022] : [ing.] // Chess-Tournament-Results-Server. — Müraciət tarixi: 22.12.2022.
  7. World School Chess Championships 2023 - O17 : [arx. 22.04.2023] : [ing.] // Chess-Tournament-Results. — 2023. — 22 April. — Müraciət tarixi: 22.04.2023.
  1. AZE Chess Championship U-18 2023 : [arx. 29.06.0202] : [ing.] // Chess-Tournament-Results-Server. — 2022. — 31 August. — Müraciət tarixi: 28.08.2022.