Ələddin Sultanov
Ələddin Sultanov | |
---|---|
Ələddin Sultanov | |
Ələddin Sultanov (22 may 2017). | |
Doğum tarixi | 1 sentyabr 1981 |
Doğum yeri | Şorsu, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | fəlsəfə, ərəb ədəbiyyatı, dinşünas |
Elmi dərəcəsi | fəlsəfə üzrə fəlsəfə doktoru |
Təhsili |
• -ci illərdə Selçuk Universiteti (Türkiyə), fən-ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat • İstanbul Universiteti (Türkiyə), ədəbiyyat fakültəsi, ərəb dili və ədəbiyyatı bölməsi, bakalavriat (2000–2002) • Selçuk Universiteti (Türkiyə) Sosial Elmlər İnstitutu, ərəb dili və ədəbiyyatı bölməsi, magistratura (2002–2005) |
Ələddin Sultanov — ərəbşünas, dinşünas, fəlsəfə üzrə fəlsəfə doktoru, Zaqatala İslam Kollecinin baş müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi.
Haqqında məlumatlar
1 sentyabr 1981-ci il tarixdə Şəki rayonunun Şorsu kəndində anadan olub.
Təhsili
1988 – 1997-ci illərdə Şorsu kənd tam orta məktəbində,
1997 – 1998-ci illərdə Şin kənd tam orta məktəbində,
1998 – 2000-ci illərdə Səlcuk Universitetinin (Türkiyə) fən-ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),
2000 – 2002-ci illərdə İstanbul Universitetinin (Türkiyə) ədəbiyyat fakültəsinin ərəb dili və ədəbiyyatı bölməsində (bakalavriat),
2002 – 2005-ci illərdə ildə Səlcuk Universitetinin (Türkiyə) Sosial Elmlər İnstitutunun ərəb dili və ədəbiyyatı bölməsində (magistratura) təhsil alıb.
Elmi fəaliyyəti
2007-ci ildə Mərmərə Universitetinin Sosial Elmlər İnstitutunun təfsir bölməsinin doktoranturasına daxil olub.
2017-ci ildə dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
7 elmi məqaləsi və 3 kitabı çap olunub.
Əmək fəaliyyəti
2002 – 2006-cı illərdə Şəki Pedaqoji Texnikumunda ərəb dili fənni üzrə müəllim,
2014 – 2020-ci illərdə Bakı İslam Universitetində təfsir və ərəb dili fənləri üzrə müəllim işləyib.
2020-ci ilin sentyabr ayından Zaqatala İslam Kollecində baş müəllim vəzifəsində çalışır.
25.01.2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisidir.
Ailəsi
Evlidir, üç övladı var.
Ədəbiyyat
- Sultanov Ələddin Osman : [arx. 12 Sep 2018 - 21 Mar 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 05.11.2023.