Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

AMEA Şəki Regional Elmi Mərkəzi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA ShREM.jpg

Növü elmi-tədqiqat mərkəzi
Yaranma tarixi 1972
Direktoru Yusif Şükürlü
http://shrem.az/

AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Şəkidə yerləşən regional elmi-tədqiqat müəssisəsi.

Tarixi[redaktə | HTML redaktə]

14 aprel 1972-ci il tarixdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası kimi yaradılıb.

1995-ci ildə Şəki Zona Elmi Bazasında geologiya, genofond, biokimya və biofizika qrupları fəaliyyət göstərmişdir.

6 aprel 1995-ci il tarixdə elmi bazaya “AMEA Şəki Regional Elmi Mərkəzi” adı (statusu) verilib və burada yeni laboratoriyalar – sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları yaradılıb; elmi baza dövründəki 5 qrup isə “laboratoriya” adlandırılıb və laboratoriya kimi fəaliyyət göstərməyə başlayıb.

2014-cü ildən AMEA-nın yeni nizamnaməsinə uyğun olaraq, laboratoriyalar şöbə adlandırılıb və adlarında isə bəzi dəyişikliklər edilib (yeni adları: 1. Landşaftşünaslıq; 2. Ekoloji coğrafiya; 3. Bitkilərin biokimyası; 4. Molekulyar biofizika; 5. Tut ipəkqurdunun seleksiyası; 6. Bitkilərin genofondu və biomüxtəliflik; 7. Folklorşünaslıq və el sənətləri; 8. Tarixi irs və etnoqrafiya şöbələri).

Direktorları[redaktə | HTML redaktə]

  1. Zəkəriyyə Əlizadə, geologiya-mineralogiya elmləri doktoru (1972 – 2014);
  2. Yusif Şükürlü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (2014-cu ildən).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. "Şəki Regional Elmi Mərkəzi". ttp://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. June 3, 2021 tarixində arxivləşdirilib.