Əfrаim Abdullayev
Əfrаim Abdullayev | |
---|---|
Abdullayev Əfrаim Abdulla oğlu | |
Əfrаim Abdullayev. | |
Anadan olub | 26 avqust 1950 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 6 sentyabr 2023 (73 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Şəki |
Həyat yoldaşı | Natalya |
Uşağı | Fuad |
Atası | Abdulla Abdullayev |
Anası | Səlimə Abdullayeva |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, tikinti mühəndisi ixtisası (1978–1984) |
Əfrаim Abdullayev (1950–2023) — tanınmış mühəndis və iş adamı.
Haqqında məlumatlar
26 avqust 1950-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
8-ci sinfə qədər əvvəl Nuxa şəhər 10 №-li orta məktəbində, sonra isə Nuxa şəhər 7 №-li orta məktəbində azərbaycan dilində, 8-ci sinifdən sonra isə Nuxa gecə məktəbində rus dilində orta təhsil alıb.
1978 – 1984-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda tikinti mühəndisi ixtisası üzrə təhsil alıb.
Hərbi xidmət
1968 – 1970-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1970-ci ildə Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.
1972 – 1976-cı illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatında sürücüsü-əməkdaş, sonra isə taksi sürücüsü işləyib.
1985 – 1988-ci illərdə Bakı şəhər kanalizasiya idarəsində texniki təhlükəsizlik üzrə mühəndis,
1988-ci ildən Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsində böyük mühəndis,
1990 – 1994-cü illərdə Bakı suvenir fabrikində sex rəisi vəzifəsində çalışıb.
1997-ci ildən isə alman MAN şirkətinin Bakı bürosunun rəhbəri olub.
Vəfatı
6 sentyabr 2023-cü il tarixdə – 73 yaşında, Şəkidə vəfat edib. Şəkidə Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |