Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Səttar Ələsgərli

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:00, 7 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səttar Ələsgərli
Ələsgərli Səttar Sabir oğlu
Səttar Ələsgərli
Səttar Ələsgərli, 2013-cü il
Doğum tarixi 6 iyun 1955 (1955-06-06) (68 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitu (1977 – 1982)
Mükafatları "Tərəqqi" medalı

Səttar Ələsgərli (Ələsgərli Səttar Sabir oğlu; d.  6 iyun 1955-ci il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – pedaqoq, Şəki şəhər 8 № li beynəlmiləl orta məktəbin direktoru (1992-ci ildən).

Haqqında məlumatlar

1955-ci ildə Nuxada anadan olub.

1962 – 1972-ci illərdə Nuxa/Şəki 8 №-li rus məktəbində orta təhsil,

1965 – 1972-ci illərdə 7 illik Uşaq Musiiqi Məktəbinin tar şöbəsində musiqi təhsili alıb.

1972 – 1973-cü ıllərdə Şəki radioverilişləri redaksiyasında müxbir kimi fəaliyyət göstərib.

1974-ci ildə Leninqrad Dövlət Unıversitetinin jurnalistıka fakultəsinə daxil olmaq üçün imtahan verib, lakin müsabiqədən keçməyib.

1974 – 1976-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.

1977 – 1982-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunda təhsil alıb.

1982-cı ıldə Şəki rayonun Böyük Dəhnə kəndindəki 2 №-li məktəbdə rus dili müəllimi işləyib.

1983-cü ildə yenidən təşkil olunmuş 9 №-li Şəki şəhər rus məktəbində rus dılı və ədəbiyyatı müəllimi,

1985– 1992-cı illərdə direktor müavını olub.

1992-ci ildən Şəki şəhər 8 № li beynəlmiləl orta məktəbin direktorudur.

2014-cu ilin dekabrında rəhbərlik etdiyi Şəki şəhər 8 №-lı tam orta məktəb son 5 ilin nəticələrinə görə Respublıka prezıdentının sərəncamı ilə keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublıka müsabiqəsinin qalıbı olub.

Mükafatları

  • Şəki şəhər İcra hakımıyyətinin fəxri fərmanı, 2 dəfə;
  • Şəki şəhər Təhsil Şöbəsinin fəxri fərmanları, bir neçə dəfə;
  • TİAHİ (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının) Şəki komitəsnin fəxri fərmanı.
  • “Tərəqqi medalı” (2015);

Ailəsi

Ailəlidir, iki oglu var

Həyat yoldaşı: Rumiyyə Ələsgərova Şəki şəhər 8№-li beynəlmıləl tam orta məktəbdə fransız dılı fənnini tədris edir.

Böyük oglu: Faiq Ələsgərov şahmat üzrə 3 dəfə Azərbaycan çemrionu titulunu qazanıb və Dünya çempionatının gümüş mükafatçısı, dunya olımpiadasının bürünc mükafatçısı, şahmat üzrə Dünya çempionatlndan medal gətirən ilk azərbaycalı şahmatçıdır. Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitunun məzunu olan Faiq Ələsgərov ABŞ-da Texas Unıversitetini bitirdikdən sonra orada Şahmat Akademıyası yaratmış və hazırda həmin Akademiyanın prezidentidir. Şahmat dərslikləri yazır. ABŞ şahmat Federaıyasının üzvüdür. Azərbaycan şahmatçıları ilə sıx əlaqələri var.