Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aysel Məmmədbəyli

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 18:32, 10 dekabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Aysel Məmmədbəyli
Məmmədbəyli Aysel İlqar qızı
Aysel Məmmədbəyli
Aysel Məmmədbəyli.
Doğum tarixi 24 avqust 1986 (1986-08-24) (37 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Azərbacan Dövlət Universiteti, 1 №-li ingilis dili fakültəsi, filologiya ixtisası, bakalavriat (2004–2008)

 • Azərbacan Dövlət Universiteti, dilşünaslıq ixtisası, magistratura (2008–2010)

Aysel Məmmədbəyli

Haqqında məlumatlar

24 avqust 1986-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

258

2004 – 2008-ci illərdə Azərbacan Dövlət Universitetinin 1 №-li ingilis dili fakültəsində filologiya üzrə bakalavr,

2008 – 2010-cu illərdə Azərbacan Dövlət Universitetində dilşünaslıq ixtisası üzrə magistr təhsili alıb.


Elmi fəaliyyəti

Əmək fəaliyyəti

Təltif və mükafatları

İstinadlar

Ədəbiyyat

Aysel İlqar qızı Məmmədbəyli 2004-2008-ci illərdə ADU-nun 1№-li ingilis dili fakültəsində Filologiya üzrə bakalavr təhsili almışdır. Elə həmin ildə ADU-nun Dilşünaslıq ixtisası üzrə magistr pilləsinə qəbul olunmuş, 2010-cu ildə bitirmişdir. Həm bakalavriat pilləsini, həm də magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2010-cu illərdə ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasında laborant vəzifəsində çalışmışdır. 2010-cu ildən isə ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2011-ci ildə ADU-nun 5708.01 – German dilləri ixtisası üzrə dissertantura şöbəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 noyabr 2016-cı il tarixli (protokol N 24-k) qərarı ilə Aysel İlqar qızı Məmmədbəyliyə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2018-ci ildə baş müəllim, 2019-cu ildə isə dosent əvəzi təyin olunmuşdur.

2021-ci ildə isə Dissertasiya şuraları nəzdində elmi seminarın katibi vəzifəsinə təyin olunmuşdur. Aysel İlqar qızı Məmmədbəylinin ümumilikdə 9 tezisi 4-ü xaricdə nəşr olunmaqla, 10-u xaricdə nəşr olunmaqla 25 məqaləsi var. Onlar Ukraynada (Философические науки. Украина. ПОЛТАВА 2013. Выпуск 14.), Kanadada (International Journal of English Linguistics. Canadian Center of Science and Education. Vol. 4, No. 5 October 2014), ( International Journal of English Linguistics. Canadian Center of Science and Education. Vol. 5, No. 6 December 2015), Вестник Марийского Государственного Университета (март 2021), Applied Linguistics Research Journal (ALRJ) İSSN: 2651-2629 (1 march 2021), Rusiyada (Современная Наука (научно-практический журнал) Cерия Гуманитарные науки (Актуальные проблемы теории и практики)) Новый этап развития теории риторической структуры., (Сборник Материалов II Международной Научно-Практической Конференции «Современные тенденции развития науки и мирового сообщества в эпоху цифровизации» (шифр –МКСТР) Москва) Роль гиперболы и мейозиса в риторической структуре текста(2021), Çex Respublikasında (AD ALTA. Journal of Interdisciplinary Research (relevant results and theoretical developments of science and research) Lexical cohesion and the rhetorical structure of English fictional texts, (2021) (Tenth BRNO Conference on Linguistics Studies in English 2021 (Patterns and Variation in English Language Discourse))The impact of metaphoric mapping on the rhetorical structure in English literary text (2021),( SIDRP 8th-9th April) The Role of Dialogue in the Rhetorical Structure of Literary Texts (2022), (Казанская Наука. Рашин Сайнс. Казан) Роль частиц в риторической структуре текста (на основе английских литературных текстов) (2022) çap olunmuşdur. Aysel İlqar qızı Məmmədbəylinin 1 monoqrafiyanın, 1 nəzəri və praktik dərs vəsaitin, 2 metodiki vəsaitin və 1 proqramın müəllifidir. 21 fevral 2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən təşkil edilmiş “İlin Peşəkar Gənci” müsabiqəsində Fəxri Fərmanla təltif edilmişdir. 15 iyul 2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə 2019-cu ilin Peşəkar Gənci Fəxri adı ilə təltif olunmuşdur.

	Aysel Məmmədbəyli eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən“2019-cu ilin peşəkar gənci” döş nişanına da layiq görülüb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 may 2022-ci il tarixli qərarı ilə Aysel İlqar qızı Məmmədbəyliyə dosent elmi adı verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 noyabr 2023-cü il tarixli qərarı ilə 5708.01 – German dilləri ixtisasında Aysel İlqar qızı Məmmədbəyliyə filologiya elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. Aysel İlqar qızı Məmmədbəyli ailəlidir, 3 övladı var.