Aysel Məmmədbəyli
Aysel Məmmədbəyli | |
---|---|
Məmmədbəyli Aysel İlqar qızı | |
Aysel Məmmədbəyli. | |
Doğum tarixi | 24 avqust 1986 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | german dilləri, filologiya |
İş yeri | Azərbaycan Dillər Universiteti |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | dosent |
Təhsili |
• Azərbaycan Dillər Universiteti, bakalavriat, 1 №-li ingilis dili fakültəsi, filologiya ixtisası (2004–2008) • Azərbaycan Dillər Universiteti, magistratura, dilşünaslıq fakültəsi, dilşünaslıq ixtisası (2008–2010) |
Atası | İlqar Abdulkərim oğlu Kərimov |
Anası | Fəridə Əjdər qızı Kərimova |
Adının digər versiyaları | Aysel Mammadbayli, Aysel Memmedbeyli, Айсел Мамедбейли, Айсел Мамедбекли, Ајсел Мәммәдбәјли |
Aysel Məmmədbəyli — german dilləri ixtisasında filologiya elmləri elm sahəsi üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
24 avqust 1986-cı il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1993 – 2004-cü illərdə Bakı şəhər 258 saylı orta məktəbində,
2004 – 2008-ci illərdə Azərbaycan Dillər Universitetinin bakalavriat şöbəsinin 1 №-li ingilis dili fakültəsində,
2008 – 2010-cu illərdə Azərbaycan Dillər Universitetinin magistratura şöbəsinin dilşünaslıq fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
2011-ci ildə german dilləri ixtisası üzrə Azərbaycan Dillər Universitetinin dissertantura şöbəsinə qəbul olunub.
2016-cı il filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi,
2022-ci ildə dosent elmi adı,
2023-cü ildə filologiya elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
9 tezisin (4-ü xaricdə nəşr olunub), 25 məqalənin (10-u xaricdə nəşr olunub), 1 monoqrafiyanın, 1 nəzəri və praktik dərs vəsaitin, 2 metodiki vəsaitin və 1 proqramın müəllifidir.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2009-cu ildən Azərbaycan Dillər Universitetinin ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasında işləyir; o cümlədən,
2009-cu ildən laborant,
2010-cu ildən müəllim
2018-ci ildən baş müəllim,
2019-cu ildə isə dosent əvəzi,
2022-ci ildə dosent vəzifəsinə təyin olunub.
İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]
2021-ci ildə isə Azərbaycan Dillər Universitetinin Dissertasiya şuraları nəzdində elmi seminarın katibi vəzifəsinə təyin olunub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri fərmanı — “İlin Peşəkar Gənci” müsabiqəsində qazandığı uğurlarına görə (21 fevral 2020-ci il )
- Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “2019-cu ilin Peşəkar Gənci” Fəxri diplomu və döş nişanı — əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə (15 iyul 2020-ci il).
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, 3 övladı var.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |