Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Gülnur Mahmud

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:54, 13 dekabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Gülnur Mahmud
Mahmud Gülnur Yaqub qızı
Gülnur Mahmud
Gülnur Mahmud.
Doğum tarixi 28 oktyabr 1974(1974-10-28)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi filologiya, ingilis dili, ərəb dili
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili

 • Bakı Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, ərəb filologiyası şöbəsi (1991–1996)

 • Azərbaycan Dillər Universiteti, ingilis dili fakültəsi (1997–2002)

 • Bakı Dövlət Universiteti, ərəb filologiyası kafedrası, aspirantura (2000–2003)
Atası Yaqub Mahmudov

Gülnur Mahmud — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının dosenti.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

28 oktyabr 1974-cü il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1991-ci ildə Bakı şəhəri 175 saylı orta məktəbini bitirib.

1991 – 1996-ci illərdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində,

1997 – 2002-ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində,

2000 – 2003-ci illərdə Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

2005-ci ildə “Ərəb ədəbi dilində sinonimlik” adlı dissertasiya işi müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 5 fənn proqramının və yeddi kitabın müəllifidir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisidir.

Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]

1996 – 1998-ci illərdə Azərbaycan Universitetinin dillər kafedrasında müəllim,

1998 – 2000-ci illərdə baş müəllim,

2000 – 2008-ci illərdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasında müəllim,

2008-ci ildən dosent vəzifəsində çalışıb.

Ailəsi[redaktə | HTML redaktə]

Ailəlidir, üç övladı var.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Mahmud Gülnur Yaqub qızı : [arx. 31 Jan 2020 - 28 Jan 2023] // Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu. — Müraciət tarixi: 12.12.2023.