Köməkçi səhifə:Nikolay Dubrovin

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış köməkçi məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 04:33, 5 yanvar 2024 tarixli redaktə

8 dekabrda anadan olanlar25 iyunda vəfat edənlər

Nikolay Dubrovin
rus.: Николай Фёдорович Дубровин
Nikolay Dubrovin
Nikolay Dubrovin.
Doğum tarixi (26 noyabr) 8 dekabr 1837(1837-12-08)
Doğum yeri Korıtovo kəndi(ru), Velikolukski qəzası(ru), Pskov quberniyası(ru), Rusiya İmperiyası
Vəfat tarixi (12) 25 iyun 1904 (66 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya İmperiyası
Vətəndaşlıq Rusiya İmperiyası
Elm sahəsi tarix
Atası Fyodor
Mükafatları

Ağ qartal ordeni (Rusiya)
II dərəcəli Müqəddəs Vladimir ordeniIII dərəcəli Müqəddəs Vladimir ordeniIV dərəcəli Müqəddəs Vladimir ordeni

I dərəcəli Müqəddəs Anna ordeniII dərəcəli Müqəddəs Anna ordeniIII dərəcəli Müqəddəs Anna ordeniI dərəcəli Müqəddəs Stanislav ordeniII dərəcəli Müqəddəs Stanislav ordeniIII dərəcəli Müqəddəs Stanislav ordeni
Commonsda da Nikolay Dubrovin ilə əlaqəli mediafayllar var

Nikolay Dubrovin (1837–1905) — rus hərb tarixçisi, akademik, Rusiya imperator ordusunun general-leytenantı.

Bioqrafiya

8 dekabr (26 noyabr) 1837-ci il tarixdə Rusiya İmperiyasının Pskov quberniyasının(ru) Velikolukski qəzasının(ru) Korıtovo kəndində(ru) anadan olub.

Polşa kadet korpusunda(ru) (1853) və Konistantinov artilleriya məktəbində(ru) (1856) təhsil alıb.

Mixaylov artilleriya akademiyasını(ru) bitirdikdən sonra Leyb-qvardiyada(ru) – I artilleriya briqadasında, daha sonra qvardiya korpusunun artilleriya qərargahında və Peterburq dairə artilleriya idarəsində xidmət edib.

1869-cu ildə hərbi-tarixi mövzular üzərində işləməsi üçün Baş qərargaha(ru) ezam olunub.

1878-ci ildə general-mayor rütbəsi alıb.

1882-ci ildə Baş qərargah yanında hərbi təhsil komitəsinə üzv təyin edilib.

1888-ci ildə general-leytenant rütbəsi alıb[1].

1886-cl ildən — Peterburq Elmlər Akademiyasının üzvü,

1893-cü ildən — Peterburq Elmlər Akademiyasının mövcud bütün tarixlər üzrə baş elmi katibi(ru) idi.

Hərbi-ədəbi fəaliyyətə 1859-cu ildən – “Artilleriya Jurnalı”nda(ru) dərc olunmuş məqalələri ilə və «Rassvet» jurnalında dərc olunmuş “Dünya üçün ağıl” (rus.: Ум для света) adlı povesti ilə başlayıb. Daha sonra başlıca olaraq rus hərb tarixini tədqiq etməyə çalışıb, Napolyonun Rusiyaya hücumunu (1812)(ru) (rus.: Отечественная война 1812 года), Qafqaz müharibəsini və Krım müharibəsini ilk olaraq arxiv materialları əsasında işıqlandırıb.

Tanınmış hərb tarixçisi Lyubomir Beskrovnıya(ru) görə,

" N.K.Dubrovin XIX əsrin ikinci yarısının hərb tarixçiləri arasında xüsusi yer tutur. O, həmin dövrün hərb tarixi elmində məxsusi dəsti-xəttə malik olmaqla başqalarından fərqlənirdi. N.K.Dubrovinin maraq dairəsi geniş idi. O, hərb tarixi məsələləri ilə yanaşı, həm də Rusiyanın diplomatik və daxili siyasət tarixi ilə məşğul olmuşdu[2]. "

İstinadlar

  1. Список генералам по старшинству(ru). Составлен по 1-е мая 1904 года. СПб., 1904, с. 160.
  2. Бескровный Л. Г. Очерки военной историографии России. — М., 1962, с. 241.

Ədəbiyyat

  • А. Куник. Записка об ученых трудах Н. Ф. Дубровина. СПб., 1890.
  • В. Е. Рудаков. Учёно-литературная деятельность Н. Ф. Дубровина «Исторический Вестник», 1904, № 9.
  • В. Н. Строев. Воспоминания, «Русская старина», 1904.
  • Перечень некрологов — в № 7, «Исторического Вестника» за 1904 г.
  • Дубровин Николай Фёдорович // Энциклопедия Санкт-Петербурга.
  • Список генералам по старшинству(ru). — Составлен по 1 мая 1903 года. — : Воен. тип., 1903. — С. 163.
  • Л. Г. Бескровный. Очерки военной историографии России. М., 1962.

Xarici linklər