Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İkram İsrafil

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 19:32, 15 yanvar 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
İkram İsrafil
İsrafilov İkram İsrail oğlu
İkram İsrafil
İkram İsrafil, 2012-ci il.
Anadan olub 16 yanvar 1964 (1964-01-16) (60 yaş)
Anadan olduğu yer Bideyiz, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası mexanik
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mexanika fakültəsi
Partiya Müsavat Partiyası Müsavat Partiyası
facebook hesabı

İkram İsrafil — ictimai-siyasi fəal; 2006-cı ildə 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

16 yanvar 1964-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Bideyiz kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1984-cü ildən M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası,

1991 – 1993-cü illərdə əvvəl Sumqayıt aşqarlar zavodunun “Azadlıq” kiçik müəssisəsində sex rəisi, sonra isə “Xəzər” Səhmdar Cəmiyyətində şöbə rəisinin müavini,

1993-cü ildən sonra “Qalayçı” firmasının direktoru,

1996 – 2002-ci illərdə isə Sumqayıt şəhərində orta məktəb direktorunun müavini vəzifəsində çalışıb.

Milli Məclisdə[redaktə | HTML redaktə]

2006 – 2011-ci illərdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub (41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən). Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan – Amerika Birləşmiş Ştatları, Azərbaycan – Böyük Britaniya, Azərbaycan – Braziliya, Azərbaycan – Norveç, Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]

1980-cı illərdə M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində gənclər birliyinin sədri olub.

2020-ci ildə isə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd olmuş, lakin seçilməmişdir.

Müsavat Partiyasının üzvü olmaqla yanaşı, həm də bu partiyanın divanının və məclisinin üzvüdür.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Arzuqızı P., İbrahimova U. «Müraciətimdən sonra İcra Hakimiyyətinin işçisi vəzifədən çıxarıldı» : [arx. 16.01.2021] // Modern.az. — 2013. — 27 noyabr. — Müraciət tarixi: 15.01.2023.