Taleh Səlimli
Taleh Səlimli | |
---|---|
Səlimli Taleh Valid oğlu | |
Taleh Səlimli. | |
Doğum tarixi | 15 aprel 1971 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili |
• Əzim Əzimzadə adına rəssamlıq texnikumu, bədii tərtibat şöbəsi (1986-1990) • Ə.Hüseyinzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, rəssamlıq fakültəsi (1990–1996) |
facebook səhifəsi |
Taleh Səlimli — peşəkar rəssam və memar-dizayner.
Haqqında məlumatlar
15 aprel 1975-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1986-cı ildə Şəki şəhər 20 №-li orta məktəbinin 8-ci sinfini bitirib.
1986 – 1990-cı illərdə Əzim Əzimzadə adına rəssamlıq texnikumunun bədii tərtibat şöbəsində,
1990 – 1996-cı illərdə Ə.Hüseyinzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
Yaradıcılığı
1996-cı ildən Azərbaycan Dövlət Rəssamlar ittifaqının üzvüdür.
1996 – 2000-ci illərdə əvvəl bir müddət tərtibatçı-rəssam olaraq Türkiyədə çalışıb. Efes muzeyində, sonra Kuşadasında keçirilən sərgilərdən iştirak edib. Daha sonra əmək fəaliyyətini və yaradıcılığını Almaniyada davam etdirib. Berlində və Almaniyanın başqa bölgələrində tarixi binaların klassik elementlərinin bərpası, klassik freskaların bərpası işi ilə məşğul olub.
2000-ci ildə Azərbaycana dönüb və Bakıda rəssamlıq, memarlıq və dizayn fəaliyyəti ilə məşğul olmağa başlayıb.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |