Rena Çiftçi
Rena Çiftçi | |
---|---|
az.: Mustafayeva Rəna Şakir qızı | |
Rena Çiftçi. | |
Doğum tarixi | 6 fevral 1975 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan→ Türkiyə |
İş yeri | Egey Universiteti (İzmir, Türkiyə), dəqiq elmlər fakültəsi, fizika bölməsi, nüvə fizikası kafedrası. |
Elmi dərəcəsi | fizika üzrə elmlər doktoru (2006) |
Elmi adı | dosent |
Təhsili |
• Ankara Universitetinin dəqiq elmlər fakültəsi, fizika bölməsi, bakalavriat (1993–1997) • Ankara Universiteti, Dəqiq Elmlər İnstitutu, fizika kafedrası, magistratura (1997–2000) • Qazi Universiteti, Dəqiq Elmlər İnstitutu, fizika kafedrası, doktorantura (2001–2006) |
Rena Çiftçi — fizika üzrə elmlər doktoru, dosent, Egey Universitetində (İzmir, Türkiyə) nüvə fizikası kafedrasının (dəqiq elmlər fakültəsi, fizika bölməsi) müdiri. Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur.
Haqqında məlumatlar
6 fevral 1975-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1982 – 1992-cı illərdə Şəki şəhər 2 saylı orta məktəbində,
1993 – 1997-ci illərdə Ankara Universitetinin dəqiq elmlər fakültəsinin fizika bölməsində (bakalavr),
1997 – 2000-ci illərdə Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında (magistr),
2001 – 2006-cı illərdə isə Qazi Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında (doktorant) təhsil alıb.
Ailəsi
- Atası: Şakir Abdulkərim oğlu Mustafayev, elektrik montyoru idi.
- Anası: Zinaida Vladimirovna Mustafayeva.
- Həyat yoldaşı: Abbas Kenan Çi̇ftçi̇, fizika elmləri doktoru, 2017-ci ildən İzmir İqtisadiyyat Universiteti Dəqiq Elmlər İnstitutunun direktoru və Fizika bölməsinin rəhbəri. Daha əvvəl Ankara Universitetinin professoru olub.
Ədəbiyyat
- Ege Üniversitesi Akademik Veri Yönetim Sistemi/Doç.Dr. RENA ÇİFTÇİ : [arx. =3 Aug 2020 - 22 Oct 2020] : [tur.] // Ege Üniversitesi — Akademik Veri Yönetim Sistemi. — Müraciət tarixi: 03.02.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |