MediaWiki:Azərbaycan Sovet Ensiklopediyası
Azərbaycan Sovet Ensiklopediyası | |
---|---|
Азәрбајҹан Совет Енсиклопедијасы | |
Kitabın üz örtüyü | |
Janr | Ensiklopediya |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan SSR |
Orijinalın nəşr ili | 1976-1987 |
Cild | 10 |
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (Kiril əlifbası: Азәрбајҹан Совет Енсиклопедијасы[1] (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya.
Tarixi
Azərbaycan Sovet Ensiklopediyası 1976—1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir. "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib.
1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini sonradan isə 1988 ci ildən ömrünün axrına qədər yəni 1990–cı ilə qədər Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmış əməkdar elm xadimi Araz Dadaşzadənin əməyi böyük və danılmazdır.
"Azərbaycan Sovet Ensiklopediyası" Azərbaycan tarixində bilik və məlumatların bütün sahələrini əhatə edən ilk universal xarakterli fundamental əsər olmuşdur. Böyük elmi potensialın cəlb olunması ilə hazırlanan bu oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında mühüm hadisəyə çevrilmişdir.
Baş redaktorları
- Rəsul Rza (1966-75)
- Cəmil Quliyev (1976-1987)[2]
- Araz Dadaşzadə (1988-1990)
Azərbaycan Ensiklopediyasının baş redaktorunun müavini
Cildlərin çap olunması xronologiyası
Adı | Cild | Nəşr tarixi | Əlifba sırası | Nəşr yeri |
---|---|---|---|---|
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
1 | 1976 | А-БАЛЗАК | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
2 | 1978 | БАЛЗАМ-ГАЈДАР | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
3 | 1979 | ГАЈЫБОВ-ЕЛДАРОВ | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
4 | 1980 | ЕЛДӘҜӘЗ-ИТАВИРА | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
5 | 1981 | ИТАЛИЈА-КУБА | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
6 | 1982 | КУБА-МИСИР | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
7 | 1983 | МИСИР-ПРАДО | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
8 | 1984 | ПРАДО-СПРИНТ | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
9 | 1986 | СПУТНИК-ФРОНТОН | Bakı |
Азәрбајҹан Совет Енсиклопедијасы (Azərbaycan Sovet Ensiklopediyası) |
10 | 1987 | ФРОСТ-ШҮШТӘР | Bakı |
Ümumi (1—10) | 1976—1987 | А-ШҮШТӘР |