Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Şükran Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎İctimai-siyasi aktivliyi) tərəfindən edilmiş 12:57, 13 fevral 2024 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Şükran Mustafayev
Mustafayev Şükran Şəhliyar oğlu
Şükran Mustafayev
Şükran Mustafayev.
Anadan olub 12 fevral 1985 (1985-02-12) (39 yaş)
Anadan olduğu yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Bakı Avrasiya Universiteti, jurnalistika fakültəsi (–2009)
facebook səhifəsi

Şükran Mustafayev — Bakı şəhər 254 nömrəli tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini. Daha əvvəl jurnalist və televiziya aparıcısı kimi də fəaliyyət göstərmişdir.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

12 fevral 1985-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

2002-ci ildə Şəki şəhər 9 nömrəli tam orta məktəbini,

2009-cu ildə isə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

2009 – 2013-cü illərdə bir sıra özəl müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb.

2013 – 2014-cü illərdə Bakı şəhəri 152 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini olub.

2014 – 2017-ci illərdə Bakı şəhəri 152 nömrəli tam orta məktəbin direktoru səlahiyyətlərini icra edib. Eyni zamanda həmin illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

2017-ci ildən Bakı şəhəri 254 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavinidir.

Jurnalistlik fəaliyyəti[redaktə | HTML redaktə]

Vaxtilə “Kanal-S”-də yayımlanan “Məclisi-şüəra” verilişinin bir neçə buraxılışının aparıcısı olub. Eyni zamanda onlarla ictimai-siyasi, elmi-mədəni, publisistik məqalənin müəllifi, bir çox bədii-musiqili tədbirlərin təşkilatçısı və ssenari müəllifidir.

İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]

34 saylı Xətai II seçki dairəsinin 22 saylı məntəqə seçki komissiyasının sədridir.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Bir neçə dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən pul mükafatı ilə təltif edilib.

Ailəsi[redaktə | HTML redaktə]

Ailəlidir. Bir övladı var.