Məmməd İslamov
Məmməd İslamov | |
---|---|
İslamov Məmməd Qurban oğlu | |
Məmməd İslamov. | |
Anadan olub | 1 mart 1980 |
Anadan olduğu yer | Aşağı Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İxtisası | coğrafiyaşünas, pedaqoq |
Təhsili | Sumqayıt Dövlət Universiteti, coğrafiya fakültəsi (2004–2009) |
facebook səhifəsi |
Məmməd İslamov — tanınmış ictimai-siyasi fəal və pedaqoq, Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbinin coğrafiya müəllimi; 2020-ci ildə 114 saylı Şəki kənd birinci seçki dairəsindən altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına namizəd olmuş, lakin seçilməmişdir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1 mart 1980-cı il tarixdə Şəki rayonunun Aşağı Şabalıd kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1987 – 1995-ci illərdə Aşağı Şabalıd kənd doqquzillik məktəbində,
1995 – 1998-ci illərdə İnçə-Zunut kənd orta məktəbində,
2004 – 2009-cu illərdə isə Sumqayıt Dövlət Universitetinin coğrafiya fakültəsində təhsil alıb.
Hərbi xidmət[redaktə | HTML redaktə]
1998- 2000-ci illərdə hərbi xidmətdə olub
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2010-cu ildən Şəki şəhər 8 saylı beynəlmiləl orta məktəbində coğrafiya müəllimidir.
İctimai fəaliyyəti[redaktə | HTML redaktə]
Heç bir partiyanın üzvü deyil.
2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsindən öz namizədliyini irəli sürüb. Lakin seçilməyib.
Ailəsi[redaktə | HTML redaktə]
Evlidir, iki övladı var.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |