Rəhman Məmmədov (həmkarlar ittifaqı işçisi)
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:37, 29 fevral 2024 tarixli dəyişiklik
Rəhman Məmmədov — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsi Şəki Regional Ərazi Metodiki Mərkəzinin sabiq rəhbəri.
Rəhman Məmmədov | |
---|---|
Məmmədov Rəhman Nazim oğlu | |
Rəhman Məmmədov. | |
Doğum tarixi | 1 mart 1960 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Təhsili | M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dərbənd Filialı, sosial iş fakültəsi |
Mükafatları | |
facebook səhifəsi |
Haqqında məlumatlar
1 mart 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dərbənd Filialının sosial iş fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1988-ci ildə əmək fəaliyyətinə başlayıb.
2005 – 2022-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Komitəsi Şəki Regional Ərazi Metodiki Mərkəzinin rəhbəri olub.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı (2015).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |