Sədaqət Qasımlı

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Elmi fəaliyyəti) tərəfindən edilmiş 00:26, 16 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Sədaqət Qasımlı (Qasımlı Sədaqət Əbdürəhman qızıd.  )

Haqqında məlumatlar

1944–cu ildə Nuxada anadan olub.

Təhsili

1960-cı ildə Nuxadakı 12 saylı orta məktəbi bitirib.

1960 – 1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsində, təhsil alıb.

1967 – 1969-cu illərdə isə Azərbaycan SSR EA Yaxın və Orta Şərq Xalqları İnstitutunun aspiranturasına təhsil alıb.

İş yerləri

1964 – 1967-ci illərdə Azərbaycan SSR EA Əlyazmalar fondunda baş laborant,

1969-ci ildən Azərbaycan SSR EA Yaxın və Orta Şərq Xalqları İnstitutun türk filologiyası şöbəsində işləməyə başlayıb, əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrindi tutub.

Elmi fəaliyyəti

1983-cü ildə akademik H.Araslının rəhbərliyi ilə “Haldun Tanerin bədii nəsri” adlı mövzuda dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

1994-cü ildə “Haldun Tanerin bədii nəsri” adlı monoqrafiyası çap olunmub.

“Bəkir Yıldızın hekayələrində realizm” adlı mövzuda 10-dan çox elmi əsəri çap olunub.

2004-cü ildə B.Osmanova ilə birlikdə hazırladığı “XX əsrin 20-ci illərində Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair” adlı kitabı çap olunmub.

Türkiyə ədəbiyyatının “Tənzimat”, “Sərvəti-Funun”, “Ədəbiyyatı–Cədidə” dövrlərinə aid antologiyanın hazırlanmasında fəal iştirak edib. O, Türkiyə ədəbiyyatının müxtəlif dövrlərinə və görkəmli simalarına aid araşdırmalar aparmış, Bakıda və Türkiyədə keçirilən beynəlxalq simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, 60-a qədər elmi məqaləsindən 5-i Türkiyədə çap olunub.

2019-cu ildə doktorluq dissertasiyasının mövzusu olan “Türkiyə ədəbiyyatında yeni hekayəçilik, XIX əsrin ikinci yarısı və XX əsr” kitabı AMEA Z.Bünyadov adına Şərşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap edilib.

Türk dilindən tərcümələri

2005-ci ildə İsmət Bozdağın “Lətifə xanım Atatürkün həyat yoldaşı”, 2007-ci ildə Haldun Tanerin “Hekayələr”və və 2007 – 2008-ci illərdə qədim türk dastanı “Saltuknamə”nin I-II-III cildləri (B.Osmanova və E.Xəlilova ilə) çap olunub.

Tərcümə etdiyi “Türk Amacı dərgisinin materialları” adlı kitab da akademik Z.Bünyadov adına Şərqşünaslıq institutunun elmi şurası tərəfindən çapa təqdim edilib.

Vəfatı

30 sentyabr 2019-cu il tarixdə vəfat edib.

Doğulduğu Şəki şəhərində torpağa tapşırılıb.

Ailəsi

  • Atası: Əbdürəhman Abdullayev, filologiya elmləri namizədi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi.
  • Oğlu: Araz Qasımov, 1999 – 2002-ci illərdə Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini olub.