Araz Qasımov
Araz Qasımov | |
---|---|
Qasımov Araz Azər oğlu | |
![]() | |
Araz Qasımov, 2020-ci il. |
Araz Qasımov — tanınmış iş adamı, Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) fəaliyyət göstərən “Ascalini” şirkətinin sahibi və baş müdiri, Şəki şəhər icra hakimiyyəti başçısının sabiq birinci müavini.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
23 fevral 1966-cı il tarixdə Bakıda anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1983-cü ildə Bakı şəhər 20 №-li orta məktəbini bitirib.
1983 – 1989-cu illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda/Voznisenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1985 – 1987-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1989 – 1990-cu illərdə Bakı şəhər 26 Bakı komissarı (indiki Səbail) rayonunun maliyyə şöbəsində iqtisadçı,
1990 – 1992-ci illərdə Bakı şəhər 26 Bakı komisarı/Səbail rayonu vergi idarəsində əvvəl vergi müfəttişi, sonra şöbə rəisi,
1992 – 1994-cü illərdə Bakı şəhərindəki bir kommersiya bankının müdiri,
1994 – 1999-cu illərdə Citibankın Dubay (Birləşmiş Ərəb Əmirlikləri) şöbəsində məmur,
1999 – 2002-ci illərdə Şəki şəhər icra hakimiyyətində başçının müavini,
2002-ci ildən Bakı Neft-yağ zavodunda baş direktorun müavini vəzifəsində çalışıb.
2005-ci ildən Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) fərdi bizneslə məşğuldur (“Ascalini” şirkətinin sahibidir və baş müdiridir).
Bildiriş[HTML redaktə]
...